“Həmin İgid oğullar olmasaydı…”-QUBALI ŞƏHİD ANASINDAN ÇAĞIRIŞ – FOTOLAR

Bu gün silsilə tədbirlərimizdən biri də baş tutdu. Şahdağ Truskavets Sanatoriya Mərkəzində yenidən şəhid ailələri ilə görüş keçirildi.

Bu barədə Etikxeber.az-a “Vətən naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, Qubalı Şəhid anası Tünzalə Abduləlimova məlumat verib.

Qeyd edib ki, görüşə Birinci Qarabağ Müharibəsində itkin düşmüş Şəhidlərin ailələri və 44 günlük İkinci Vətən Müharibəsinin Şəhid ailələri qatılıblar.

“Tanışlıqdan sonra səmimi söhbət başladı. Şəhidlərimizi bir daha yad etdik, onların müharibədə keçdiyi şərəfli döyüş yollarından danışdıq. Övladları itkin düşmüş anaların yanında oturmaq o qədər çətindir ki, bunu sözlə ifadə etmək mümkün deyil. Amma bir o qədər də qürurvericidir…Ona görə ki, onların övladları qəhrəman kimi döyüşdü və qanları yerdə qalmadı.

Eyni zamanda, görüşdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan da bəhs olundu. Tədbirin əvvəlində Şahdağ Truskavets Sanatoriya Mərkəzinin rəhbəri Cəmil bəy şəhid ailələrinə xüsusi diqqət göstərərək, onların problemləri ilə maraqlandı, sanatoriyada onlara göstərilən xidmətlər haqqında məlumat verdi və hər zaman onların yanında olacağını bildirdi.

Mən də “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin adından rəhbərliyə təşəkkür edirəm. Belə görüşlərin keçirilməsi olduqca önəmlidir. Bəzi insanların ayrıseçkilik etməsinə imkan verməməliyik. Unutmamalıyıq ki, o igid oğullar olmasaydı, bu gün bizim övladlarımız azad bir Vətəndə böyüyə bilməzdilər. Və məhz bu qəhrəman oğullar düşməndən şəhidlərimizin qanını aldılar”-deyə, T. Abduləlimova sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Azərbaycanda terrorçu qruplaşma zərərsizləşdirildi-DTX VƏ DİN BİRGƏ MƏLUMAT YAYDI – FOTO-VİDEO

Read Next

Bəcirəvan bələdiyyəsinə keçirilən seçkilər etibarsız-HESAB EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir