“Həmişə onun yanında olmalıyıq!” – ARİF BABAYEV

Xalq artisti: Ən böyük arzum doğma Ağdamın azad edilməsini görməkdir

Mən Ağdamın Sarıhacılı kəndində anadan olmuşam. Düşünürəm ki, xanəndəlik də mənə elə Qarabağın torpağı, daşı, axan çayları, saf havası ilə verilib. Axı Qarabağda hər şey sanki elə muğam zümzümə edir. Torpaqlarımızın işğal altında qalması həm bir azərbaycanlı, həm də o yerlərdə dünyaya göz açan bir insan kimi, məni göynədir.

Etikxeber.az xəbər verirb ki, bunu tanınmış xanəndə, Xalq artisti Arif Babayev deyib.

Xalq artisti bildirib ki, o yerlərlə bağlı qəlbində sonsuz xatirələr var.

“Mən yaxşını da, pisi də görən bir insanam. Ən böyük arzum Qarabağın, doğma Ağdamın azad edilməsini görməkdir. Məni buna ruhlandıran isə Prezident İlham Əliyevin apardığı siyasətdir”-deyən, A. Babayevin sözlərinə görə, dövlət başçısı bəzi beynəlxalq təşkilatların ikili standartlar sərgiləməsinə, işğalçı Ermənistanın başını sığallamasına rəğmən, qətiyyətlə bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyü mütləq bərpa olunmalıdır.

arif

“Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Milli Ordunun davamlı olaraq güclənməsi son vaxtlarda təmas xəttində Azərbaycanın üstün mövqe qazanmasını təmin edib. Şanlı aprel döyüşləri isə xalqımızın böyük zəfərinin uzaqda olmadığından xəbər verir. Hesab edirəm ki, Cocuq Mərcanlının bərpası Böyük Qayıdışın başlanğıcıdır.2017-ci ildə Cocuq Mərcanlı kəndinin bərpası təmin edilib. Eyni zamanda, Şıxarx qəsəbəsində böyük şəhərcik salınıb. İşğaldan azad edilən ərazilərdə hər cür rahatlığa malik qəsəbələrin salınması böyük rəmzi məna daşıyır. Bu kimi layihələrin icrası ilə biz dövlətimizin, xalqımızın iradəsini göstəririk. Bir daha göstəririk ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Biz hamımız hörmətli Prezidentimiz İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində apardığı siyasətə dəstək verməliyik, həmişə Onun yanında olmalıyıq!”-deyə, Xalq artisti sözlərinə əlavə edib.

11 aprel seçkilərinə də toxunan A. Babayev bunları deyib:

“Dövlət başçısının davamlı diqqət və qayğısı mədəniyyət sahəsində çalışanlarda Ona qarşı dərin hörmət və ehtiram hissi formalaşdırıb. Bu gün mədəniyyət sahəsində çalışanların böyük əksəriyyəti İlham Əliyevin ölkəni inamla idarə etməsindən, milli mədəniyyətimizə hamilik göstərməsindən razıdırlar və bu hərtərəfli qayğıya daha fədakar çalışmaqla, daha geniş yaradıcılıqla cavab verməyə çalışırlar. O ki qaldı aprelin 11-də keçiriləcək seçkilərə, biz mədəniyyətimizə və mədəniyyət sahəsində çalışanlara dövlət qayğısının davamlı olmasını istəyirik. İstəyirik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə başladığımız işlər, yeni layihələr elə Onun iştirakı ilə də tamamlansın. Bizim seçkilərdə alternativsiz seçimimiz İlham Əliyevlə bağlı olacaq!

Etikxeber.az

Read Previous

Bayraq dirəyi hazırlanarkən nöqsana yol verilib – AÇIQLAMA

Read Next

“Üçlü Zirvə” başladı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir