Həmməruzəçilər yenə gəlir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan ŞennakPreda Sezar Florin Azərbaycana gələcək.

Etikxeber.az-ın APA-ya  istinadən verdiyi məlumata görə, sentyabrın 5-də Parisdə keçirilən iclasında qərar qəbul edilib. Məlumata görə, AŞPA-nın Azərbaycanda keçiriləcək referendumla bağlı hər siyasi qrupdan 1 nəfər və Monitorinq Komitəsinin Azərbaycan üzrə 2 həmməruzəçisi olmaqla 7 nəfərlik qiymətləndirmə missiyasının yaradılmasına qərar verilib.

Missiyanın üzvlərini və rəhbərini AŞPA prezidenti təyin edəcək. Missiyanın Azərbaycana səfərinin tarixi hələlik məlum deyil.

Qeyd edək ki, iclasında Konstitusiyaya dəyişikliklərlə bağlı Venesiya Komissiyasının rəyinin öyrənilməsi barədə də qərar qəbul edilib.

Etikxeber.az

 

 

Read Previous

İlham Əliyev Sultan Əhməd bin Sulaimi qəbul edib

Read Next

Eldar Mahmudovun qudasının məhkəməsi nə vaxta qaldı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir