“Həmməruzəçilər yenidən Azərbaycana səfər edib, hesabat hazırlayacaqlar”- SEYİDOV

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən qış sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası olub.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, iclasda AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda bu ayın əvvəlində Azərbaycana etdikləri səfər və onun nəticələri haqqında komitə üzvlərinə şifahi məlumat veriblər.

Komitənin işində iştirak etmiş Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov həmməruzəçilərin yenidən Azərbaycana səfər edəcəklərini və növbəti hesabatın hazırlanacağını bildirib.

“Monitorinq Komitəsinin bugünkü iclasında həmməruzəçilərin Azərbaycanla bağlı çıxışları dinlənildi, Azərbaycanda gedən prosesləri komitə üzvləri ilə birlikdə müzakirə etdik. Müzakirələr çox konstruktiv şəkildə təşkil olunmuşdu. Azərbaycanla Avropa Şurası arasında dialoqun əhəmiyyəti, QHT və vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə danışıqların aparılması, Azərbaycanda insan haqları ilə bağlı məsələlərin Avropa Şurası nümayəndələri ilə birgə təhlili və s. kimi məsələlər müzakirə olundu. Sonda qərara alındı ki, həmməruzəçilər yenidən Azərbaycana səfər edib, hesabat hazırlasınlar” – deyə, S. Seyidov qeyd edib.

Etikxeber.az

Read Previous

İdarəetmə hər zaman yenilik və əyanilik tələb edir – KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

Azərbaycanda daha iki məhbus xəstəlikdən öldü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir