Həmsədr: “Münaqişənin davamlı həllinə yönəlmiş danışıqlara dəstək verməyə davam edəcəyik”

“ATƏT-inMinsk qrupunun həmsədrləri və mən yanvarın 9-da verilən bəyanata sadiqik”.

Etikxeber.az-ın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland “news.am” saytına açıqlamasında deyib.

O, bildirib ki, həmsədrlər beynəlxalq hüququn prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı, ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmə prinsipləri əsasında münaqişənin davamlı həllinə yönəlmiş danışıqlara dəstək verməyə davam edəcək:

“Biz sülh yolu ilə nizamlanma işində vasitəçilik səylərimizi tərəflər bizim səylərimizin fayda verdiyinə inandıqları müddətdə davam etdirəcəyik. Son nəticədə region və insanlar üçün sülh və rifah gətirə biləcək ədalətli və uzunmüddətli həll üçün isə hər iki ölkənin liderləri siyasi iradə göstərməlidir”. 

Etikxeber.az

Read Previous

Fuad Muradov: Bu addım “Qarabağa qayıdırıq, buna hazır olun” mesajıdır

Read Next

Cocuq Mərcanlının bərpası Ermənistana, onu “bəsləyənlər”ə ciddi mesajdır – SƏLİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir