Həmsədrlər yeni gəlir…

ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edəcəklər.

Erikxeber.az-ın məlumatına görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

“Çox güman ki, səfər oktyabrın ikinci yarısında baş tutacaq. Səfərin tarixi dəqiqləşdirilir. Onlar həm Azərbaycan, həm də Ermənistana səfər edəcəklər” – deyə, nazir qeyd edib.

E. Məmmədyarov Nyu-Yorkda həmsədrlərlə ayrılıqda görüşdüklərini xatırladıb: “Həmsədrlər hesab edirlər ki, işimizi davam etdirməliyik. Təklif etdilər ki, gələn ay regiona gəlsinlər. Ola bilsin ki, regiona səfərdən sonra prezidentlərin görüşü ilə bağlı hansına təkliflər irəli sürəcəklər”.

Nazir Nyu-Yorkdan əvvəl Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdüyünü də diqqətə çatdırıb: “Prezidentlərin Sankt-Peterburq görüşündə də qeyd olunmuşdu ki, görüşlər keçirmək lazımdır ki, prosesi irəliyə aparaq”.

Etikxeber.az

Read Previous

Prezident İSESCO-nu baş direktorunu nədən qəbul etdi?

Read Next

Polşa Azərbaycanda qeydiyyatdan keçmiş 17 dərman şirkətinin sayını artıra bilər- Nazir müavini

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir