Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) martın 11-də Azərbaycana səfər edəcəklər.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə APA-nın Moskva müxbirinə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Nazir həmsədrlərin Bakıda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparacaqlarını söyləyib.
Qeyd edək ki, həmsədrlərin bu ay Ermənistana da səfəri nəzərdə tutulur.
Etikxeber.az