“Hərə bir qəhrəman”-RAZİYƏ KAMİLQIZININ ŞƏHİDLƏRLƏ BAĞLI NÖVBƏTİ KİTABININ TƏQDİMAT MƏRASİMİ… – FOTOLAR – YENİLƏNİB

Bu gün-14 iyun 2024-cü il tarixində Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon təşkilatının ofisində Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü Raziyə Kamilqızının növbəti kitabının təqdimat mərasimi olub.

Vətən torpaqları uğrunda canlarını fəda etmiş Şəhidlərə həsr olunmuş növbəti kitab belə adlanır:”Hərə bir qəhrəman”.

Etikxeber.az xəbər verir ki, təqdimat mərasimində müəlliflə yanaşı Şəhid ailələri, Şəhid anaları, ziyalılar və digər şəxslər iştirak ediblər.

Hər zaman Şəhid ailələrinin yanında olan Arzu Əliyevanın aparıcılıq etdiyi mərasimdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra müəllif Raziyə Kamilqızı sözügedən kitabın necə və hansı səbəbdən ərsəyə gəlməsindən, ərsəyə gətirməsindən söz açıb.

Bildirib ki, Şəhidlərə həsr olunmuş növbəti kitab onun bir vətəndaşlıq və vəfa borcudur.

Daha sonra tədbir iştirakçıları, o cümlədən Şəhid ailələrinin təmsilçiləri kitab barədə öz fikirlərini bölüşüb, Raziyə Kamilqızına minnətdarlıqlarını ifadə ediblər.

Sonda tədbir iştirakçılarına müəllif tərəfindən kitablar hədiyyə olunub, xatirə fotoları çəkdirilib.

14:04

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub-MN

Read Next

“Hərb sənətinə böyük marağı vardı, hərbçi olmaq istəyirdi, amma…”-BİLƏSUVARLI, ƏSGƏRABADLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN İKİ OĞLAN ÖVLADINDAN BİRİ, CƏMİ 18 YAŞLI, SUBAY, DÖRD MEDAL VƏ BİR ORDENLİ ELMİN BAYRAMOVUN ATASI ELMƏDDİN BAYRAMOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir