Hər ailənin psixoloqu, vəkili olmalıdır – KOMİTƏ SƏDRİ

Milli Məclisin (MM) Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov ölkədə qeyri-hökumət təşkilatlarının (QHT) əksəriyyəti yalnız populizmlə məşğul olduğunu bildirib.

Etikxeber.az məlumat verir ki, S. Novruzov MM-də keçirilən ictimai müzakirələrin sonunda ona ünvanlanan sualları cavablandırarkən bildirib ki, hazırda ölkədə 5000 QHT fəaliyyət göstərir.

siyavush

“Lakin onların əksəriyyəti yalnız populizmə məşğul olur. İnsan haqları və sair mövzunu əldə bayraq edirlər ki, xaricin diqqətini çəksinlər, qrant əldə etsinlər. Ölkədəki daxili problemlər, məsələn psixoloji yardım və sair məsələlər isə diqqətdən kənarda qalıb. Ona görə də QHT-lərin fəaliyyəti cəmiyyətdə o qədər də hiss olunmur”-deyə, S. Novruzov sözlərinə əlavə edib.

S.Novruzov sonra qeyd edib ki, ölkədə psixoloji yardım və vəkilliklə bağlı çatışmazlıqlar mövcuddur:

“Bu gün ölkədə 10 000 nəfərə 1 vəkil düşür. Vəkilliklə bağlı qanuna dəyişiklik etdik, bu sistemi artıq dəyişirik. Güman edirəm ki, psixoloji yardımla bağlı vəziyyətə də baxmaq lazımdır. Hər ailənin psixoloqu, vəkili olmalıdır. Məhz bu çatışmazlıq səbəbindən ailələrdə, gənclər arasında problemlər yaranır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Nikah müqavilələri bağlanmalıdır – MİLLƏT VƏKİLİ

Read Next

“Psixoloji yardım haqqında” qanun qəbul olunacaq – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir