“Hər an döyüşə hazır olmalıyıq” – NAZİR – FOTOLAR

Cəbhə bölgəsində səfərdə olan Müdafiə Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən daha bir hərbi hissənin müxtəlif bölmələrində olub.

Etikxeber.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, düşmən mövqelərini müşahidə edən müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti barədə məruzə edilib.

Səngərlərdə döyüş növbətçiliyini yoxlayan müdafiə naziri eyni zamanda şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb. Bildirilib ki, ön xətdə yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub.

Nazirliyin rəhbər heyəti şəxsi heyətlə birlikdə nahar edib.

Ölkə başçısının Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyindən əminliyini ifadə edən müdafiə naziri hərbi qulluqçuların döyüş ruhunu, mənəvi-psixoloji hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

General-polkovnik Z.Həsənov bildirib ki, şəxsi heyət daima Vətənə sədaqətlə xidmət etməli və işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə hər an döyüşə hazır olmalıdır.

naz-6naz-4

Etikxeber.az

Read Previous

“Çavuşoğlu son açıqlamasıyla hamını çaş-baş salıb…” – POLİTOLOQ

Read Next

Borclu vergi ödəyiciləri üzrə risk qrupları müəyyən ediləcək – VERGİLƏR NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir