Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-20 dekabr 2023-cü il tarixində, günorta saatlarında həm Bakılı, həm də Ucarlı İkinci Vətən Müharibəsi Şəhidi, Əfsanəvi Xüsusi Təyinatlı, Baş leytenant, üç övladı Vətənə əmanət qalan Kamran Qurbanəli oğlu Kazımovun ocağını ziyarət etdim…
Şəhidimizin Bakının Sabunçu rayonunun “Zabrat-1” qəsəbəsində yaşayan ailəsi-valideynləri ilə bir araya gəldim…
Şəhidimizin Dərdli, Yaralı, həm də Qəhrəman valideynlərinə-anası Elmira xanıma, atası, keçmiş hərbçi Qurbanəli Kazımova bir daha Allahdan səbr və dözüm arzuladım…
Bir daha “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…
Bir daha Şəhidimizin ruhu və valideynləri qarşısında baş əydiyimi bildirdim…
Şəhidlərimizə, onları bu Vətən üçün yetişdirən Qəhrəman valideynlərə borclu olduğumu, borclu olduğumuzu dilə gətirdim…
Üç övladından və iki oğlundan birini Şəhid vermiş Elmira xanım və Qurbanəli Kazımovla söhbətləşdim, dərdləşdim, onlarla birgə Şəhidimizin Qəhrəmanlıqlarla dolu 30 illik həyat, ömür, hərb və döyüş yoluna nəzər saldım…
Bəli, hər anı, hər saniyəsi Qəhrəmanlıqlarla, İgidliklərlə dolu bir ömür, bir həyat yolu…
Bəli, əsl-peşəkar hərbçi həyatı, əsl Şəhid, Qəhrəman ömrü…
Və hər bir kəsə, xüsusilə, yetişməkdə olan gənclərimizə, gələcək nəsillərimizə örnək, nümunə olan-olacaq Kamran Kazımov ömür, hərb və döyüş yolu!
Məqamı Uca, dərgahı mübarək olsun!
Allah ailəsinə-valideynlərinə bir daha və bir daha səbr və dözüm versin!
Nur içində uyusun!
***
FOTOLAR:









Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





