“Hər bir fəaliyyəti tənqid etmək olar, lakin tənqid edərkən mövcud tarixi şərait, ictimai siyasi və sosial mühit nəzərə alınmalıdır…”-BƏHRUZ MƏHƏRRƏMOV

Prezident İlham Əliyevin Sərəncamı ilə koronavirus pandemiyasına qarşı mübarizə sahəsində həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində daha 14,8 milyon manat ayrılıb. İnvestisiya xərcləri hesabına ayrılan vəsait tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkilinə, daha dəqiqi hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılmasına yönələcək. Həmçinin, ötən gün dövlət başçısı cari tədbirlər üçün daha 1.5 milyard vəsait ayıracağını bəyan etdi.

Etikxeber.az xəbər verir ki, bunu Biləsuvardan seçilən millət vəkili Bəhruz Məhərrəmov qeyd edib.

“24 saat sizinlə ünsiyyətdəyəm, şahidsiz ki, bitərəf deputat kimi tənqidi məqamları dilə gətirməkdən heç vaxt çəkinməmişəm. Təbii ki, hər bir fəaliyyəti tənqid etmək olar, lakin tənqid edərkən mövcud tarixi şərait, ictimai siyasi və sosial mühit nəzərə alınmalıdır. COVİD-19 yalnız Azərbaycanın problemi deyil, bu dünyanı ağuşuna alan bəladır. Ona görə də bu məsələdən siyasi məqsədlərlə istifadə edilməsi, dvident qazanmağa cəhd etmək siyasi simasızlıqdır. Italiya, Ispaniya, ABŞ kimi dövlətlərlə müqayisədə verdiyimiz itkilərin hədsiz azlığı şəraitində hesab edirəm ki, başda cənab ilham Əliyev olmaqla Azərbaycan hakimiyyətinin fəaliyyəti təqdirəlayiqdir və qısa müddət ərzində bir neçə xəstəxananın açılışı, yaxın günlər ərzində daha altısının istifadəyə hazır vəziyyətə gətiriləcəyi, habelə, 1 ay ərzində tibbi maska və dezinfeksiya məhsulları istehsal edən müəssisələri açmaqla Azərbaycanı bu sahədə digər ölkələrdən asılılığına son qoyulması alqışlanmalıdır”-deyən millət vəkili bildirib ki, dövlət üzərinə düşəni edir, bundan sonra da edəcəyinə heç kimin şübhəsi olmasın:

“Ona görə də cəmi iki həftə, ikicə həftə səbrli olaq. İki həftə nizam-intizamı gözləsək, virusun yayılmasının qarşısını alsaq, həyatımız əvvəlki axarına qayıda bilər. Özünüz düşünün, epidemiya təhlükəsinə qədər heç bir vətəndaşdan evdə oturmaq tələb edilməyib. Bu gün isə xalqımız, milli genefondumuz təhlükədədir. Belə olan halda karantin rejimi və dövlətin gördüyü tədbirlər ətrafında manipulyasiya etmək, vəziyyətdən siyasi məqsədlər üçün istifadə olunması və sadə insanların da buna alət edilməsi cəhdləri mənəviyyata və əxlaqa sığmır”.

Etikxeber.az

Read Previous

“Koronavirus pandemiyasının sonunu təxmin etmək hələ tezdir, iki həftədən sonra…”-ÜST-DƏN AÇIQLAMA

Read Next

Karantinin pozulmasına görə 8514 hərəkət iştirakçısı inzibati məsuliyyətə-CƏLB EDİLDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir