Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

Yeni Azərbaycan Partiyası Milli Məclisə növbədənkənar seçkilərdə uğur qazandı.Bu uğurun təməlində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalq arasında yüksək şəxsi nüfuzu, həyata keçirdiyi siyasətin möhtəşəm nəticələri dayanır.
Etikxeber.az xəbər verir ki, bunu Gəncədən ikinci dəfə seçkilərə qatılan və seçkilərin qalibi olan Naqif Həmzəyev qeyd edib.
“Azərbaycan xalqı öz seçimi ilə, Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərməklə dövlətçiliyə olan dəstəyini bir daha göstərdi. Mən hər zaman özümü Prezidentin əsgəri saymışam. Seçicilərimin Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd olaraq VI çağırış Milli Məclisin deputatı kimi yenidən mənə etimad göstərmələri mənim üçün böyük şərəfdir. Hər bir seçicimə dərin minnətdarlığımı bildirirəm və əmin edirəm ki, onların etimadını ən yüksək səviyyədə doğrultmağa çalışacaq, Vətənimizin, dövlətimizin yüksəlişi, tərəqqisi yolunda daha çox fəaliyyət göstərəcəm, hər bir Gəncəlinin deputatı olacağam”-deyə, o, əlavə edib.
Etikxeber.az