Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün yeni tikilmiş xəstəxananın- “Yeni klinika”-nın açılışında COVİD-19-la mübarizədə tətbiq olunan xüsusi karantin rejimində bəzi vətəndaşların məsuliyyətsizliyi ilə bağlı ölkə başçısının qeyd etdiyi fikirlərindən hər bir şəxs nəticə çıxarmalıdır. Bu, hər bir kəsə siqnal və xəbərdarlıq olmalıdır. Bəli, çox düzgün olaraq qeyd olundu ki, bir məsuliyyətsiz vətəndaşın virusa yoluxması onlarla həkimin həyatını yoluxma riski ilə üz-üzə qoyur.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Azər Badamov deyib.
“Bu gün açılışı həyata keçirilən bir nömrəli ən müasir xəstəxasının-klinikanın koronavirusa yoluxmuş xəstələrin müalicəsinə verilməsi dövlət başçısının hər şeydən əvvəl ölkə vətəndaşlarının sağlamlığının düşündüyünü göstərir. Biz birlikdə güclüyük və ona görə də hər bir vətəndaş Prezdentin tapşırıq və tövsiyələrindən nəticə çıxarmalı, onlara riayət, əməl etməlidir. Burada tərəddüd, başqa bir mövqe ola bilməz”-deyə, A. Badamov sözlərinə əlavə edib.


Etikxeber.az





