Hər bir ölkə üstün statusda ÜTT-yə üzv qəbul olunmağa çalışır – XİN

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə Azərbaycan arasında əməkdaşlıq var və  tərəflər arasında danışıqlar prosesi davam etditilir.

Onu da qeyd etməliyik ki, ÜTT-yə üzvlük prosesi bir qədər mürəkkəb prosesdir, mürəkkəb prosedurdur.

Mahiyyət etibarı ilə götürdükdə burada dövlətin  həmin quruma hansı statusda qəbul edilməsi, inkişaf  edən və ya inkişaf etməkdə olan dövlət statusunda daxil olması, subsidiyalar və sair kimi məsələlər var ki, onlar barədə hər bir dövlət  heç şübhəsiz özünün milli mənafelərindən, iqtisadi maraqlarından-çıxarlarından çıxış edərək, üstün bir statusda qəbul  olunmağa çalışır. 

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN rəsmisi qeyd edib ki, Azərbaycanda da hazırda qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi yönündə işlər sürətlər aparılır və bu prosesdə kənd təsərrüfatının inkişafı prioritet istiqamətlərdən biridir.

Onun dözlərinə görə, nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı ölkədə məşğulluğun yaradılması, təmin edilməsi prosesində əməktutumlu sahələrdən biridir:

ÜTT-1

 

hikmat-musahiba

“Həmçinin, nəzərə almaq gərəkdir ki, ÜTT-yə üzvlük prosesində kənd təsərrüfatına ayrılan subsidiyalarda məhdudlaşdırma kimi tələblər də ola bilər.

Azərbaycan tərəfi də bu kimi halları nəzərə alır ki, məsələn, kənd təsərrüfatına ayrılan subsidiyaları davam etdirməklə, bu sahənin inkişafında nailiyyətlər olsun və bu nailiyyətlər də var.

Ona görə də müzakirələr davam etdirilir. Burada təşkilatla müzakirələrlə bərabər,  üzv dövlətlərlə də paralel şəkildə müzakirələr aparılmalı, onlarla  da müxtəlif razılaşmalar əldə edilməli, imzalanmalıdır.

Ümumiyyətlə danışıqlar prosesi gedir və Azərbaycan tərəfi də öz milli maraqları, vətəndaşlarımızın mənafeləri kimi önəmli məqamları nəzərə alaraq, bu prosesdə iştirak edir”.

Etikxeber.az

 

Read Previous

“Real Madrid”in növbəti üç xalı və Benzemanın dublu…

Read Next

“Qarabağın azad olunacağı gün uzaqdan deyil, yaxından görünməyə başlayır…” – MEHDİ ABDULLAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir