Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gündən etibarən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin əməkhaqqı artımları ilə bağlı sərəncamları qüvvəyə minir. Bu sərəncamlar dövlətin uğurlu sosial siyasətinin göstəricisidir.
Etikxeber.az xəbər verir ki, bu fikri mətbuata açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib.
O, bildirib ki, sərəncamlardan sonra maaşlarda nəzərəçarpacaq artım hiss olunacaq.
Onun sözlərinə görə, sərəncamlar bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial siyasət Azərbaycan xalqının bu gün dünənkindən, sabah bugünkündən daha yaxşı yaşamasına yönəlib:
“Bu islahatlar ölkədəki sabitliyin, iqtisadi inkişafın nəticəsidir. Əgər sabitlik olmasaydı, iqtisadi inkişaf olmaz, maliyyə imkanları artmaz və sosial islahatlar da həyata keçirilməzdi. Ona görə də hər bir vətəndaş Azərbaycanda sabitliyin qorunmasında maraqlı olmalıdır. Sabitliyin təminatçısı olan xalqımız görür ki, yürüdülən siyasət bilavasitə onun mənafeyinə uyğundur”.
Etikxeber.az





