“Hər birimiz vətəndaş olaraq ümummilli problem qarşısında tarixi məsuliyyətimizi dərk etməliyik” – ELNUR ALLAHVERDİYEV

Vətəndaş cəmiyyətinin ən mühüm özəlliyi hər birimizin təhlükə qarşısında birləşib vahid cəbhədən çıxış edə bilməyimizdir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Elnur Allahverdiyev deyib

O, qeyd edib ki, vətəndaş-cəmiyyət-dövlət birliyi milli təhlükəsizliyin təmin olunması prosesinin ən vacib tələbidir.

“Hər birimiz vətəndaş olaraq ümummilli problem qarşısında tarixi məsuliyyətimizi dərk etməli, xalqımız naminə dövlətimizin yanında olmalı və dəstəyimizi əsirgəməməliyik.Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri olaraq biz də Covid-19 epidemiyası ilə mübarizə çərçivəsində əməkhaqqılarımızın bir hissəsinin cənab Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürmək qərarına gəlmişik.Güc birlikdədir! Ümummili problemlərlə mübarizədə bir olmalıyıq! Bunu bacaracağıq!”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri bir aylıq maaşlarının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna-KÖÇÜRƏCƏKLƏR

Read Next

Prezident bir sıra müxalifət partiyası sədrini-TƏBRİK ETDİ VƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir