“Hər dəfə mənə zəng edəndə deyirdim ki, Devid, birinci anana zəng vur…”-XUDAT-XAÇMAZLI ANTİTERROR ŞƏHİDİ, AİLƏNİN TƏK VƏ SUBAY OĞLU DEVİD CƏLİLİOVUN ATASI RAUF CƏLİLOV – FOTOLAR

Devid Rauf oğlu Cəlilov…

Xudatlı, Xaçmazlı…

İgid, Qəhrəman, Vətən sevdalısı Azərbaycan övladı…

20 sentyabr 2023-cü il Antiterror Şəhidi…

***

Devid Rauf oğlu (Raufoviç) Cəlilov 2004-cü ilin fevral ayının sonuncu günündə-dörd ildən bir dəyişən 29 fevral tarixində Xaçmaz rayonunun Xudat bölgəsində, sadə bir ailədə dünyaya gəlib…

Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olub…

Bacılarından biri hazırda ailəli, digər isə subaydır…

Devid 2010-2021-ci illərdə Xudatda yerləşən 3 saylı tam orta məktəbdə oxuyub…

Uşaqlıqdan, orta məktəb illərindən idmana və musiqiyə böyük maraq və həvəsi olub…

Eyni zamanda, daxili işlər orqanlarında işləmək, polis olmaq istəyib…

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan bir müddətdən sonra, 2022-ci ilin aprel ayında həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb…

Əvvəlcə Gəncədə, sonra Goranboyda “N” saylı hərbi hissədə xidmət edib…

Əsgərliyinin bitməsinə cəmi 11 gün qalmış-2020-ci ilin 19 sentyabr tarixində isə Azərbaycan Ordusunun Əsgəri kimi 23 saatlıq tarixi antiterror əməliyyatlarına qatılıb…

sentyabrın 20-də bir Vətən sevdalısı kimi Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, 21 sentyabr tarixində Xudat qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Xaçmazın 11, Xudatın isə 3 Antiterror Şəhidindən biridir…

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

19 yaşında Şəhidlik məqamına ucalan Devid həm də subay olub.

***

5 iyul 2024-cü il tarixində, günorta saatlarında Şəhidimizin əvvəlcə məzarını, sonra isə ailəsini, ocağını ziyarət etdim…

Məzarı önündə, ruhu qarşısında baş əydim, ruhuna dualar etdim…

Sonra evində, ocağında ailəsinə-valideynlərinə – anası Sevinc xanıma və atası Rauf Cəlilova Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!”-dedim…

Bir ömür boyu Devidlərə, cəmi Şəhidlərimizə borclu olduğumu, borclu olduğumuzu bildirdim…

Heç zaman Devid də daxil olmaqla, cəmi Şəhidlərimizi unutmağa haqqım olmadığını, haqqımız olmadığını dilə gətiridim…

Atası Rauf kişinin dediklərindən:

“Axırıncı dəfə səhv etmirəmsə, sentyabrın 10-da danışdıq..Əhval-ruhiyyəsi də çox yaxşı idi, “hər şey yaxşıdır”-dedi…Ümumiyyətlə, hər dəfə mənə zəng edəndə deyirdim ki, Devid, birinci anana zəng vur…Sən sarıdan çox narahatdır, anadır, narahatçılıq keçirir…”

Təxminən bir saat çəkən ziyarətim zamanı Şəhidimizin keçdiyi 19 illik qısa, lakin şərəfli ömür, həyat yoluna nəzər saldım ailəsi ilə birlikdə…

Ailəsinə, valideynlərinə təsəlli verməyə çalışdım…

Allah bir daha səbr və dözümlərini versin!

Allah bir daha tək oğullarının ruhunu şad, dərgahını mübarək etsin!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şuşada Qarabağ Bəyannaməsi-İMZALANDI – FOTO

Read Next

“İmzalayacağımız Qarabağ Bəyannaməsi, qəbul etdiyimiz qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək…”-İlham Əliyev – Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilir-ŞUŞADA – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir