“Hər dəfə qondarma “referendum” keçirilərkən bu, bizim xeyrimizə işləyir” – ƏLİYEV

“Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Heç bir ölkə bu qondarma qurumu tanımır. Orada bu yaxınlarda keçirilmiş qondarma “referendum” bunu bir daha göstərdi. Bizim bütün qonşu dövlətlərimiz, beynəlxalq təşkilatlar, Minsk qrupunun həmsədr ölkələri birmənalı şəkildə bəyanatlar vermişlər ki, onlar bu “referendum”u tanımırlar”.

Etikxeber.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə deyib.

“Bu, o deməkdir ki, Ermənistan və onun rəhbərliyi növbəti dəfə özünü biabır etdi. Hər dəfə orada qondarma “referendum” keçirilərkən bu, bizim xeyrimizə işləyir. Çünki hər dəfə beynəlxalq təşkilatlar və dövlətlər bunu qəbul etmirlər. Beləliklə, hər dəfə Azərbaycanın ərazi bütövlüyünü onlar bir daha dəstəkləyirlər və təsdiqləyirlər. Biz ərazi bütövlüyümüzü, əlbəttə ki, bərpa edəcəyik. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də ölkəmizin tərkibində olacaq” – deyə, dövlət başçısı vurğulayıb.

Etikxeber.az

Read Previous

PREZİDENT: “Lazım bildiyimiz anda biz bir daha göstərəcəyik ki, nəyimiz var”

Read Next

Azərbaycandan Rusiyaya yük daşıyan 30-dan çox maşına Dağıstanda hücum oldu- FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir