“Hər gün səhər saat 5-də durub, çay-çörək verib, onu yola salardım…4 gündür yenə səhər saat 5-də dururam, oyanıram və elə bilirəm ki, balamı işə yola salıram…”- AİLƏNİN İKİ HƏRBÇİ OĞLAN ÖVLADINDAN BİRİ, MAXE, İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN İŞTİRAKÇISI VƏ 19-20 SENTYABR 2023-CÜ İL ŞƏHİDİ-QUBALI EMRAL HƏSƏNOVUN ANASI MƏTANƏT HƏSƏNOVA – FOTOLAR

Bu gün-25 sentyabr tarixində, günorta saatlarında İkinci Vətən Müharibəsi Şəhidi Miqdad Abduləlimovun valideynləri-Tünzalə və Faiq Abduləlimovlarla birlikdə Quba rayonunun Səbətlər kəndindən olan 19-20 sentyabr 2023-cü il Şəhidi Emral Vüqar oğlu Həsənov ailəsini, ocağını ziyarət etdik…

Cəmi 4 gün öncə Əbədiyyətə uğurlanmış Şəhidimizin ailə üzvləri, doğmaları ilə bir araya gəldik…

Şəhidimizin ailəsinə-anası Mətanət xanıma, tək qardaş Rəcəb Həsənova, digər doğmalarına başsağlığı verdik, onlara Allahdan səbr və dözüm arzuladıq…

Şəhidimizin müqəddəs ruhu qarşısında baş əydiyimizi bildirdik…

Sonra Şəhidimizin Dərdli, Yaralı doğmaları ilə söhbətləşdik, dərdləşdik, onlara az da olsa, mənəvi təskinlik, təsəlli verməyə çalışdıq…

Kövrək, təsirli, duyğulu anlar yaşadıq…

***

Qeyd etmək yerinə düşər ki, Emral Həsənov 2002-ci ilin yanvar ayının 6-da Birinci Qarabağ Savaşı veteranı Vüqar Həsənovun ailəsində dünyaya gəlib…

Ailənin iki övladından, iki qardaşdan biri olub…

Atalarını 10 il öncə, 2013-cü ildə itiriblər…

Həmin vaxtdan anaları-Çiçi kəndindən olan Mətanət xanım onlara həm analıq, həm də atalıq edib…

Onları minbir çətinliklərlə və Vətənə məhəbbət ruhunda böyüdüb…

2008-2019-cu illərdə Səbətlər kənd tam orta məktəbində oxuyub…

2020-2021-ci illərdə həqiqi hərbi xidmətdə, Əsgərlikdə olub…

Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsində iştirak edib…

Döyüş, vuruşub, iki dəfə yüngül yaralanıb, amma döyüş yoluna davam edib…

İkinci Vətən Müharibəsindən iki sonra Əsgərliyini başa vuraraq, evinə-ailəsinə dönüb…

Bir müddət müxtəlif sahələrdə çalışıb…

7 ay öncə öncə isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə (KOMANDO) MAXE kimi fəaliyyətə başlayıb…

Qardaşı, ondan 2 yaş böyük və subay olan Rəcəb də hərbçidir, ANAMA-da fəaliyyət göstərir…

Emral bu ilin sentyabr ayının 19-da Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda keçirdiyi lokal xarakterli anterror tədbirləri zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Səbətlərin ümumilikdə beşinci Şəhidi olan Emralın nəşi sentyabrın 22-də Səbətlər kənd qəbiristanlığında Əbədiyyətə uğuralanıb…

O, İkinci Vətən Müharibəsindən sonra iki medalla-“Füzulinin azad olunmasına görə”“Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub…

Emral da subay olub…

Anası Mətanət xanımın dediklərindən:

“Mən Emralın yoxluğunu qəbul etmirəm…O, mənim üçün yaşayır və hər zaman da…Hər gün səhər saat 5-də durub, çay-çörək verib, onu yola salardım…4 gündür yenə səhər saat 5-də dururam, oyanıram və elə bilirəm ki, balamı işə yola salıram (gözləri dolur)… O, hərbçi olmaq istəyirdi, hərb sənətini sevirdi…Arzusuna da çatdı və Vətən yolunda Şəhid oldu…”.

Məqamı Uca, məkanı cənnətlik, ruhu şad olsun!

Nur içində uyusun!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Biz Azərbaycanda həqiqətən tarixi anlar, günlər, illər yaşayırıq…İkinci Qarabağ müharibəsi, tarixi Zəfərimiz, beş gün bundan əvvəl uğurlu əməliyyat nəticəsində suverenliyimizin bərpası tarixi hadisələrdir və haqlı olaraq bununla qürur duyuruq…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO – YENİLƏNİB – (5) – CANLI

Read Next

Bu yollarda sıxlıq və tıxacdır-BAKIDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir