“Hər gün səhər tezdən oyanıram…Elə bilirəm ki, bu saat gələcək, qapını döyüb içəri girəcək…Gözüm yollardadır, gözüm hər gün, hər an onun yolunu gözləyir…”-AİLƏNİN ÜÇ VƏ SUBAY ÖVLADINDAN BİRİ, MAXE, 20 SENTYABR 2023-CÜ İL ŞƏHİDİ TURAL ƏMİROVUN ANASI VALİDƏ ƏMİROVA – FOTOLAR – YENİLƏNİB

Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabr ayının 19-20-də Qarabağ iqtisadi rayonunda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına Şəhid olan Vətən sevdalısı Azərbaycan övladlarından biri də əslən Ağdamlı, özü isə Bərdəli olan Tural Mətləb oğlu Əmirovdur…

Valideynləri əslən Ağdam rayonunun Qiyaslı kəndindən və 1993-cü ildən məcburi köçkün olan Tural Əliyev 1999-cu ilin payızında, oktyabr ayının 22-də Bərdə rayonunun Alaçadırlı kəndində kasıb bir ailədə dünyaya gəlib…

Ailənin üç övladından, iki qardaşdan biri, evin ortancıl oğlu idi…

Orta təhsilini 2005-2016-cı illərdə Alaçadırlıda alıb…

Orta məktəbi bitirdikdən bir müddət sonra Əsgərliyə yollanıb və həqiqi hərbi xidmətini başa vurduqdan sonra yenidən ailəsinə, evinə dönüb…

İşləyib, çalışıb ailəsinə kömək edib…

2023-cü ilin əvvəllərindən həyatını yenidən Ordu, hərb ilə bağlamaq qərarı verib, kurs bitirib və təxminən 5 ay öncə Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərməyə başlayıb…

Bir il öncə, 2022-ci ilin avqustunda atasını itirib…

2022-ci ilin oktyabrında isə kiçik qardaşı Anar həqiqi hərbi xidmətə yollanıb və hazırda da Əsgərliyini çəkir…

Axırıncı dəfə ailəsi, anası Validə xanımla sentyabrın 19-u günü danışıb, deyib ki, narahat olmayın, hər şey yaxşılıqdır…

Və bir gün sonra-20 sentyabr tarixində isə Ağdərə istiqamətində Şəhidlik məqamına ucalıb…

Nəşi də bir gün sonra-21 sentyabr tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…

O, həm də subay olub…

***

Bu gün axşam saatlarında Ağdamlı İkinci Vətən Müharibəsi Xalid Hassanın anası Maya xanım, eləcə də Bərdəli Qazilər-Elşən Nəsorov və Gündüz Musayevlə birlikdə Şəhidimizin ailə üzvlərini ziyarət etdik…

Onlara Allahdan səbr və dözüm arzuladıq…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik…

Ruhu qarşısında baş əydiyimizi bildirdik…

Şəhidimizin anası Validə xanımla, tək bacısı Şəkixanımla söhbətləşdik, dərdləşdik, onlara az da olsa, təsəlli verməyə çalışdıq…

Validə xanımın dediklərindən:

“Hər gün səhər tezdən oyanıram…Elə bilirəm ki, bu saat gələcək, qapını döyüb içəri girəcək…Gözüm yollardadır, gözüm hər gün, hər an onun yolunu gözləyir…”.

Allah bir daha səbr və dözümlərini versin, Şəhidimizin ailəsinin!

Böyük Yaradan bir daha məqamını Uca, dərgahını mübarək etsin, Nur üzlü Şəhidimizin!

Nur içində uyusun!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hər zaman Şəhid ailələrinin yanında olan Yasin Mustafayevin böyük oğlu Vətənə xidmət borcunu yerinə yetirməyə gedir-MUSTAFAYEVLƏR AİLƏSİNİN HƏYATINDA BU GÜN GÖZƏL BİR GÜN YAŞANDI – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

İkinci Vətən Müharibəsi Şəhidi Şahmar Seyidovun anası yenidən ölkə rəhbərliyinə müraciət etdi: “İSTƏYİRƏM Kİ, ZƏFƏR GÜNÜ ƏRƏFƏSİNDƏ ÖVLADIM ALİ ORDENLƏRİMİZDƏN BİRİ İLƏ TƏLTİF OLUNSUN”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir