“Hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq”-PREZİDENTDƏN ERMƏNİSTANA XƏBƏRDARLIQ

Ermənistan da görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir.

Etikxeber.az xıbır verir ki, bunu ölkə Prezidenti İlham Əliyev deyib.

Qeyd edib ki, əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq.

“Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Onsuz da biz istədiyimizə gec-tez nail olacağıq. Daha yaxşı olar ki, onlar özləri də bir az cəld tərpənsinlər. Yoxsa yenə də dalan kimi qalacaqlar…”-deyə, dövlət başçısı əlavə edib.

Etikxeber.az

Read Previous

“Bu il Ağalı kəndinin açılışı olacaq…Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq…”-İLHAM ƏLİYEV

Read Next

5 prinsip, Rusiyaya verilən mesaj və Brüsselin müsbət vasitəçiliyi…-ELXAN ŞAHİNOĞLU YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir