Hər ikisi də ailənin iki oğlan övladından biri, hər ikisi də ali hərbi təhsili-peşəkar hərbçi, hər ikisi də “Qarabağ” ordenli olan Şəhidlərimiz-SALYANLI KAMİL ŞİRİNOV VƏ NEFTÇALALI XƏYYAM ƏZİZOV… VƏ EYNİ GÜNDƏ HƏR İKİ ŞƏHİDİN AİLƏSİNİ, OCAĞINI ZİYARƏT… – FOTOLAR

24 iyun 2023-cü il tarixində daha iki Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidimizin ailəsini ziyarət etdim…

Daha iki Vətən sevdalısı, Vətən fədaisi Şəhidimizin Dərdli, Yaralı, həm də Qəhrəman ailə üzvləri ilə bir araya gəldim…

Daha iki İkinci Qarabağ Savaşı Şəhidimizin ocağında, ailəsində oldum…

Hər ikisi də ailənin iki oğlan övladından biri, hər ikisi də “Qarabağ” ordenli olan Şəhidlərimizin – Salyanlı-Çuxanlıı İkinci Vətən Müharibəsi Şəhidi Kamil Əliş oğlu ŞirinovNeftaçalalı-Qoltuqlu İkinci Qarabağ Savaşı Şəhidi Xəyyam Əli oğlu Əzizovun valideynləri-ailə üzvləri ilə görüşdüm…

Və bu yerdə qeyd edim ki, adları çəkilən Şəhidlərimiz barədə yazılar yazsam da, paylaşımlar etsəm də, ancaq bu günə kimi evlərində, ocaqlarında olmamışdım…

Və çoxdan arzum idi ki, həmin Şəhidlərimizin ocaqlarını, ailələrini də ziyarət edim…

Və bu gün daha bir İkinci Vətən Müharibəsi Şəhidi, əfsanəvi Xüsusi Təyinatlı, “Azərbaycan Bayrağı” ordenli Kərim Əliyevin valideynləri ilə birlikdə (eləcə də digər Şəhid ailələri və Qazilərlə) hər iki Şəhidimizin ailəsini, ocağını ziyarət etdim…

Öncə Salyanlı-Çuxanllılı Şəhidimiz, əfsanəvi Xüsusi Təyinatlımız, “Qarabağ” ordenli, ailənin iki oğlan övladından biri, ali hərbi təhsilli, peşəkar hərbçi, Kapitan Kamil Əliş oğlu Şirinovun ailəsində, ocağında oldum, valideynləri-anası Könül xanım və atası Əliş kişi ilə görüşdüm, söhbətləşdim, hal-əhvallaşdım…

Şəhidimizin ailəsinə Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin məkanı cənnətlik olsun!”-dedim…

Onlarla birlikdə Kamilin Qəhrəmanlıqlarla dolu qısa, lakin şərəfli ömür, həyat, həyat və döyüş yoluna nəzər saldım…

Həm təsirləndim, həm də Qürurlandım…

Qeyd edim ki, Kamil 9 aprel 1991-ci il tarixində Salyan rayonunun Çuxanlı kəndində, hərbçi ailəsində dünyaya gəlib…

Atası Əliş kişi də peşəkar hərbçi olub…

1997-2006-cı illərdə Z. Həmidov adına Çuxanlı kənd tam orta məktəbində, 2006-2009-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub….

2009-2013-cü illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb…

2013-cü ildən də Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində (XTQ) xidmət edib…

2016-cı ilin  tarixi Aprel döyüşlərində iştirak edib…

İkinci Vətən Müharibəsi zamanı isə ilk dəqiqələrdən döyüşlərə atılıb və sentyabr ayının 29-da Füzuli istiqamətində gedən qanlı döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına Ucalıb…

Nəşi Çuxanlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən öncə “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalı, Şəhidliyindən sonra isə  “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və ali ordenlərimizdən olan “Qarabağ” ordeni ilə təltif edilib…

Kamiln tək qardaşı da peşəkar hərbçidir və Baş leytenantdır…

Kamil Şirinovun ailəsini ziyarətdən sonra 24 iyun tarixində tək qardaşının toyu olan Neftçalalı, Qoltuqlu İkinci Vətən Müharibəsi Şəhidi Xəyyam Əli oğlu Əzizovun ailəsini, valideynlərini, ocağını ziyarət etdim…

Valideynlərinə-anası Aidə xanıma və atası Əli kişiyə Böyük Yaradandan səbr dilədim, “Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…

Xəyyam da daxil olmaqla, cəmi Şəhidlərimizə borclu olduğumu, borclu olduğumuzu dilə gətirdim…

Və heç zaman Şəhidlərimizə-Xəyyamlara, onları bu Vətən üçün yetişdirən ailələrə borcumun, borcumuzun bitməyəcəyini söylədim…

Eyni zamanda, tək övladlarının-Rafail Əzizovun ailə həyat qurması, toyu-şad günü olması münasibəti ilə onlara gözaydınlığı verdim, “Şəhidimizin ruhu daim həm Sizin, həm də tək oğlunuzun, tək qardaşının köməyi olsun”-dedim…

Onu da qeyd edim ki, Xəyyam Əzizov 8 noyabr 1995-ci il tarixində Neftçala rayonunun Qoltuq kəndində dünyaya gəlib…

2002-ci ildə Neftçala şəhər Mehman Səfərov adına İnteqrasiya təlimli İnternat tipli gimnaziya məktəbinin 1-ci sinfinə daxil olub və 2006-cı ildə ibtidai sinfini başa vurduqdan sonra Neftçala şəhər Humanitar Təmayüllü Muğan liseyində təhsilini davam etdirib…

2010-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsilini davam etdirib və 2013-cü ildə liseyi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub…

2017-ci ildə həmin məktəbi bitirib və ona Leytenant hərbi rütbəsi verilib…

Eyni zamanda, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) kursunu keçərək zabit kimi xidmətinə davam edib və 2020-ci ildə ona Baş leytenant hərbi rütbəsi verilib…

2020-ci ilin sentyabr ayının 27-də bir Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsinə qatılıb və şərəfli döyüş yolu 42 gün çəkib…

Və noyabr ayının 8-də, 25 yaşının tamam olduğu və Şuşa şəhəri işğaldan azad edildiyi gün isə Şuşada Şəhidlik zirvəsinə ucalıb…

Nəşi Neftçala rayon mərkəzi qəbirstanlığında-Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb… 

Şəhidliyindən öncə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, Şəhidliyindən sonra isə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib…

Xəyyam da subay olub…

Allah hər iki Şəhidimizin məqamını bir daha Uca etsin!

Hər ikisi də Nur içində uyusunlar!

Fəxrimiz, Qürurumuzdurlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Vaqner” döyüşçüləri Moskvaya 200 kilometr qalmış geri qayıdıblar…”-PRİQOJİN – YENİLƏNİB

Read Next

Sıxlıq olan yollar-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir