“Hər kəs məsuliyyətini dərk etməlidir” – İSA QƏMBƏRİN YAP-ÇI RƏQİBİ NAMİZƏDLİYİNDƏN DANIŞDI VƏ…

Yeni Azərbaycan Partiyası (YAP)  müstəqil Azərbaycanın siyasi sisteminin sütunu və lokomotividir. Siyasi dəyərlər və ənənələr yaradan, bütün bunları isə milli mentalitet və milli maraqlarla üzvi şəkildə uzlaşdırmağı bacaran partiyadır. Elə buna görə də ümumxalq partiyası adlandırılan bu partiyanın Milli Məclisə irəli sürdüyü namizədlər içərisində olmaq mənim üçün böyük qürur və şərəfdir. Hər şeydən öncə bu etimada görə partiyamın sədrinə və rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.

Etikxeber.az xəbər verir ki, bunu ikinci dəfə namizədliyi YAP tərəfindən irəli sürülən millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkili  qeyd edib ki, YAP eyni zamanda onun siyasi avtobioqrafiyasının əsasını təşkil edir.

“Mən 1993- cü ildən bu partiyanın sıravi üzvü , 1994 – 98 ci illərdə Mərkəzi Aparatının işçisi , 1999- 2001 –ci illərdə Siyasi Şurasının üzvü olmuşam və nəhayət 2008- ci ildən bu günədək onun rəsmi ideoloji ruporu olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoruyam. Hazırda yeni milli və qlobal şağrışlar mərhələsində yaşayırıq və partiyamızın sədri, Prezident İlham Əliyev mühüm tarixi islahatlara imza atmaqla milli inkişafımızın yeni mərhələsini təmin edir.

Hər bir vətəndaşımız, xüsusilə hər bir YAP üzvü bu tarixi prosesə öz töhfəsini verməli, öz məsuliyyətini dərk etməli öz fəaliyyəti ilə yeni dövrlə ayaqlaşmağı bacarmalıdır.

Ona görə də namizəd olmaq həm də böyük məsuliyyətdir və bu etimada layiq olaq lazımdır .Mən bunun üçün əlimdən gələni etməyə çalşacağam”-deyə, o, sözlərinə əlavə edib.

Qeyd edək ki, YAP H. Babaoğlunun namizədliyini  yenə 19 saylı Nərimanov birinci seçki dairəsindən irəli sürüb.

Həmçinin, qeyd edək ki, həmin dairədən “Müsavat”ın eks-başqanı, sabiq spiker İsa Qəmbər də namizədliyini verib.

Həmin dairədə namizədlikləri qeydə alınacağı təqdirdə, əsas rəqabətin bu iki şəxs arasında gedəcəyi söylənilir….

Etikxeber.az

Read Previous

Sahibə Qafarova və Naqif Həmzəyev də hakim partiyaya təşəkkür etdi: “ETİMADI DOĞRULDACAĞIQ”

Read Next

Sabiq deputat niyə-SEÇKİLƏRƏ QATILMADI?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir