Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Mən sənətimlə məşğul olmağı üstün tuturam”.
Bunu Etikxeber.az-a açıqlamasında tanınmış muğam ustası-xanəndə, Xalq artisti Nəzakət Teymurova müğənnni Əli Mirəliyevin onun ünvanına ARB telekanalında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
“Mənim sənətim də, özüm də xalqımız və dövlətimiz tərəfindən dəyərləndirilib.
Və hər şey də göz qabağındadır.
Məncə, artıq sözə ehtiyac yoxdur“-deyə, Xalq artisti saytımıza açıqlamasında daha sonra sözlərinə əlavə edib.
“Hansısa telekanalda bir nəfər deyib ki, Nəzakət Teymurova oxuyan deyil, xaric oxuyur və sair. Mən FB-də rast gəldim. Nədənsə Nəzakət xanımı Aygün Bayramova ilə müqayisə edirlər bəzi hallarda. Ancaq bu xanəndənin özünə xas sənəti var və Azərbaycan muğam ifaçılığında, opera sənətində özünün xidmətləri, yolu var”.
Bunu isə “Facebook”-da tanınmış jurnalist Bahəddin Həzi yazıb.
“Qadın xanəndələr arasında mən deyərdim ən yaxşı səsi və yorumu olan Nəzakət xanımdır.
Düşünürəm ki, o danışılanlara fikir verməsin.
Çünki adını çəkmək istəmədiyim həmin adamın Nəzakət Teymurova haqqında dedikləri ciddi qarşılanacaq bir mülahizə deyil, sağlam tənqid deyil.
Mənim və ailəmizin ən çox sevdiyi sənət adamlarından biri olan Nəzakət xanıma isə daha böyük uğurlar arzulayıram!”- deyə, B. Həzi sonra yazıb.
Etikxeber.az




