Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu il tələbə adını qazananlar arasında 52 yaşlı Şəhid anası da var.
Universitet tələbəsi adını qazanan Şəhid anası isə Kürdəmirli İkinci Vətən Müharibəsi Şəhidi Cəmil Həşimlinin anası Simuzər Bağıyevadır.
O, Bakı Avrasiya Universitetinin regionşünaslıq (Avropa ölkələri üzrə) fakültəsinə daxil olub.
Etikxeber.az xəbər verir ki, Simuzər Bağıyeva 1971-ci ilin iyul ayının 15-də Kürdəmir rayonunda anadan olub.
1978-88-ci illərdə orta məktəbdə təhsil alıb.
1989-91-ci illərdə Tibb məktəbində oxuyub.
1992-ci ildə ailə həyatı qurub, üç oğlan övladı-Cəmil, Mərahim və Cavid Həşimlilər dünyaya gəlib.
2000-ci illərdə həyat yoldaşından ayrılıb və hər üç övladını təkbaşına, minbir çətinliklərlə, şəraitsiz ata ocağında böyüdüb.
Övladlarından Mərahim Həşimli və Cavid Həşimli ali təhsillidirlər.
Mərahim Həşimli hazırda hərbçidir və ailəlidir.
Cavid Həşimli isə subaydır.
Hər üç övladı İkinci Vətən Müharibəsinin iştirakçısı olub.
Cəmil və Mərahim Həşimlilər hərbçi kimi İkinci Qarabağ Savaşında iştirak edib, Cavid Həşimli isə Azərbaycan Ordusunun Əsgəri kimi Naxçıvan Muxtar Respublikasının keşiyində dayanıb.
Cəmil Həşimli 2020-ci ilin oktyabr ayının 5-də qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Beş medallı və bir ordenlidir.
Mərahim Həşimli müharibə veteranıdır və qeyd etdiyimiz kimi hərbçi kimi fəaliyyətini davam etdirir.
Cəmil Həşimli həm də subay olub.

Şəhid anası bizimlə qısa söhbətində sevincini gizlətməyib, tələbə adını qazanmasından qürur hissi keçirdiyini və bununla həm də Şəhid balasının ruhunu şad etdiyini bildirib.
O, eyni zamanda, qəbul imtahanlarının şəffaf və yüksək səviyyədə keçirdiyini, bununla bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) təşəkkər etdiyini sözlərinə əlavə edib.
Biz də öz növbəmizdə Şəhid anasını təbrik edir, ona gələcək və tələbəlik həyatında uğurlar arzulayırıq!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





