Hər zaman Şəhid ailələrinin yanında olan Cəlal Qurbanov bu dəfə Şəhid anaları, Şəhid ataları, Şəhid xanımlarını Şəki və Oğuzda bir araya gətirdi-XAÇMAZDA VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI NAİL İBRAHİMLİNİN OCAĞINDA MƏCLİS TƏŞKİL OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (2)

24 sentyabr 2024-cü il tarixində Qəhrəman Şəhid ailələri-Şəhid anaları, Şəhid ataları, Şəhid xanımları növbəti dəfə bir araya gəliblər.

Şəhid ailələrinin növbəti görüş və səfəri, növbəti yolçuluğu bu dəfə Şimal-Qərb zonası, Şəki və Oğuz rayonları olub.

Şəhid ailələrini növbəti dəfə bir araya gətirən, görüşdürən isə yenə tanınmış iş adamı, xeyriyyəçi, “Mənim oğlum qəhrəmandır!” layihəsinin rəhbəri, hər zaman Şəhid ailələrinin yanında olan Cəlal Qurbanov olub.

Cəlal Qurbanovun növbəti təşəbbüsü və təşkilatçılığı sayəsində, eləcə də rəhbəri olduğu layihə çərçivəsində Bakı, Sumqayıt, Abşeron, BərdəMingəçevirdən olan Şəhid ailələrinin Şəki Oğuzlu Şəhid ailələri ilə görüşü baş tutub.

Etikxeber.az xəbər verir ki, Bakı, Sumqayıt, Abşeron, Bərdə və Mingəçevirdən olan Şəhid ailələri öncə Şəki şəhərində olublar.

Onları Şəkili Şəhid ailələri məşhur “Karvasaray”ın qarşısında qarşılayıblar.

“Karvansaray”da baş tutan görüşdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Sonra çıxışlar edilib.

Şəhid analarından bir neçəsi çıxış edərək, növbəti görüş və səfərə görə Cəlal Qurbanova və hər zaman öz dəstəyini Şəhid ailələrindən əsirgəməyən Heydər Əliyev Fonduna minnətdarlıqlarını ifadə ediblər.

Bildiriblər ki, hər dəfə təşkil edilən belə bir görüş-səfər Şəhid ailələrini daha da sıx birləşdirir, onların birliyini, vahidliyini daha da möhkəmləndirir.

Görüş zamanı həmçinin, qonapvər Şəkili Şəhid ailələri-Şəhid anaları onların qonaqları olan Dərd və Qürur ortaqlarına məşhur Şəki şirniyyatları, o cümlədən Şəki paxlavası hədiyyə ediblər.

Şəkili gənc ifaçının “Xudayar” təsnifi isə Şəhid ailələrini çox təsirləndirib və duyğulandırıb.

Şəhid Xudayar Yusifzdənin anası Radə Qurbanova da öz növbəsində həm görüşə, həm ifaya görə minnətdarlığını ifadə edib.

Daha sonra Şəhid ailələləri Şəkinin məşhur “Xan sarayı”nı ziyarət edib, orada xatirə fotoları çəkdiriblər.

***

Təxminən bir saat çəkən ziyarətdən sonra Şəhid ailələri Oğuz rayonunun Qəhrəmanlar kəndi-bir Milli Qəhrəmanı və bir Vətən Müharibəsi Qəhrəmanı olan Xaçmaz kəndinə üz tutublar.

Onları bu dəfə Xaçmaz kənd Şəhidlər Xiyabanının önündə Oğuzlu Şəhid ailələri və məktəblilər qarşılayıblar.

Şəhid ailələri Xaçmaz kənd Şəhidlər Xiyabanını ziyarət edib, Şəhidlərin məzarları üzərinə gül dəstələri düzüblər.

Eyni zamanda, Şəhidlərin ruhlarına dualar ediblər.

Sonuncu ünvan isə 4 mart 1994-cü il təvəllüdlü İkinci Vətən Müharibəsi Qəhrəmanı, Xaçmazlı İkinci Vətən Müharibəsi Şəhidi, ailənin iki oğlan övladından biri, nişanlı, peşəkar hərbçi Nail Nəriman oğlu İbrahimlinin ailəsi, ocağı olub.

Bakı, Sumqayıt, Abşeron, Mingəçevir, Bərdə, ŞəkiOğuzdan olan Şəhid ailələri, yerli ziyalılar, İcra başçısı Cavid Əbdül-Qədirov başda olmaqla, Oğuz rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, din xadimləri Şəhid Nail İbrahimlinin valideynləri tərəfindən təşkil edilən məclidə-ehsan süfrəsində bir araya gəliblər.

Yenə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, yenə əzəmətli Dövlət himni səsləndirilib.

Bir daha Şəhidlərin ruhlarına dualar edilib, “Quran” oxunub, bir daha çıxışlar olunub, şeirlərlər səsləndirilib.

Şəhid Nail İbrahimlinin valideynləri Aqibət və Nəriman İbrahimovlar Dərd və Qürur ortaqları olan Şəhid ailələrinin onların ocağında bir araya gəlməsindən mənunluqlarını, razılıqlarını ifadə ediblər, o cümlədən təşkilatçılığa görə Cəlal Qurbanova öz minnətdarlıqlarını bildiriblər.

Evin-ailənin tək övladı Nicat Tarıverdiyevin anası Şükran xanım tərəfindən isə Nail İbrahimlinin ailəsinə tort hədiyyə edilib.

Təxminən 3 saat davam edən mərasimin sonunda yenidən xatirə fotoları çəkdirilib.

***

FOTOLAR:

23:30

***

00:40, 25.09.204

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Üç yeni peşə bayramı günü-TƏSİS EDİLDİ…

Read Next

Bu yollarda sıxlıq və tıxacdır-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir