Hər zaman Şəhid ailələrinin yanında olan Yasin Mustafayevin böyük oğlu Vətənə xidmət borcunu yerinə yetirməyə gedir-MUSTAFAYEVLƏR AİLƏSİNİN HƏYATINDA BU GÜN GÖZƏL BİR GÜN YAŞANDI – FOTOLAR – YENİLƏNİB – (1)

Daha bir Vətən sevdalısı Azərbaycan vətəndaşı, Azərbaycan övladı, Azərbaycan gənci Vətənə xidmətə borcunu yerinə yetirməyə hazırlaşır…

Daha bir Vətənsevər ailənin oğlu Vətən, Dövlət qarşısında borcunu ödəməyə, həqiqi hərbi xidmətə, Əsgərliyə yollanır…

Hər zaman Şəhid ailələrinin yanında olan, onların qulluğunda dayanan Bərdəli-Kələntərlili Yasin Mustafayevin üç övladından böyüyü, bugünlərdə 18 yaşını tamam edən Mirnahidi, Mirnahid Mustafazadə Əsgərliyə gedir…

Və bu gün bu münasibətlə Yasin Mustafayevin Kələntərli kəndindəki həyətində, ocağında gözəl, adına-sanına layiq bir məclis düzənlənmişdi…

Günorta saatlarından başlayan məclis axşam saatlarına qədər davam etdi…

Məclisdə Yasin Mustafayevin ailə üzvləri, doğmaları, dost-tanışları, kənd sakinləri, o cümlədən bir sıra bölgələrdən-Bərdədən, Yevlaxdan, Tərtərdən olan Şəhid ailələri, Qazilər və digər şəxslər iştirak edirdi.

Məclisə toplaşan, Mustafayevlər ailəsinin sevincinə şərik olan hər bir kəs, xüsusilə, Şəhid ailələri Mirnahid Mustafazadənin Vətənə xidmət borcunu layiqincə, sağ-salamat yerinə yetirib ailəsinə dönməsini arzuladılar…

Arzular, xoş diləklər, təbriklər bir-birini əvəzlədi…

Sevinc-sevincə, şənlik-şənliyə qarışdı…

Gözəl bir gün yaşandı…

Məclisdə gözəl musiqilər, milli-vətənpərvərlik ruhunda, eləcə də xalq və bəstəkar mahnılar ifa edildi, səsləndirildi…

Yasin Mustafazadənin ailə üzvləri, yaxınları, digər məclis iştirakçıları əl qaldırıb oynadılar, rəqs etdilər…

Qeyd edək ki, ailənin üç övladından, iki qardaşdan biri olan Mirnahid Mustafazadə 2005-ci ilin sentyabr ayında dünyaya gəlib.

18 yaşını bu yaxınlarda tamamlayıb.

20011-2022-ci illərdə orta məktəbdə oxuyub, eyni zamanda, musiqi təhsili alıb.

Böyük Yaradan yaxın günlərdə Azərbaycan Ordusunun Əsgəri olacaq, Vətənə xidmət borcunu yerinə yetirəcək Mirnahid balamızı, Mirnahid Mustafazadəni qorusun, onun Yar və Yardımçısı olsun!

Sağ-salamat gedib, sağ-salamat da evinə-ailəsinə dönsün!

Amin!

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub, döyüş kvadrokopterləri ilə partlayıcı vasitələr atılıb-MN

Read Next

“Hər gün səhər tezdən oyanıram…Elə bilirəm ki, bu saat gələcək, qapını döyüb içəri girəcək…Gözüm yollardadır, gözüm hər gün, hər an onun yolunu gözləyir…”-AİLƏNİN ÜÇ VƏ SUBAY ÖVLADINDAN BİRİ, MAXE, 20 SENTYABR 2023-CÜ İL ŞƏHİDİ TURAL ƏMİROVUN ANASI VALİDƏ ƏMİROVA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir