Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Zəfər paradı” və mərasimin təlim məşqlərinə hazırlıqla əlaqədar olaraq, 8, 9 və 10 dekabr tarixlərində Lökbatan- 20-ci sahə – Bayıl, “Azneft” dairəsi – Neftçilər prospekti – “28 May” m/st-sı, Nobel prospekti – Xətai m/st-sı – “28 May” m/st-sı istiqamətində, eləcə də ətraf küçə və prospektlərdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir.
Bu barədə Etikxeber.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
“Qeyd olunan ərazilərdən keçən müntəzəm və ekspres xətt avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq alternativ küçə və prospektlərdən təşkil ediləcək. Müzəffər Ordumuzun düşmən üzərində şanlı qələbəsinə həsr olunan “Zəfər paradı”nın yüksək səviyyədə keçirilməsinə dəstək olmaq məqsədi ilə hərəkət iştirakçılarından qoyulan qaydalara anlayışla yanaşmalarını və əməl etmələrini xahiş edirik” – deyə, məlumatda bildirilib.
Etikxeber.az





