“Hərbi Qənimətlər Parkının açılışı 44 günlük Qələbəmizdən, Zəfərimizdən sonra düşmənə və onun havadarlarına verilən növbəti Dərs, onlara vurulan növbəti sarsıdıcı siyasi-mənəvi-hərbi Zərbədir…”-JALƏ ƏLİYEVANIN YAZISI

Hər günümüz, hər anımız uğurlarla, zəfərlərlə, qələbələrlə, tarixi hadisələrlə zəngindir, boldur.

Və belə demək mümkünsə, artıq sayını-hesabını da unutmuşuq.

Son tarixi və növbəti hadisə, Zəfər, Qalibiyyət anı isə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, xalqının Xilaskar oğlu cənab İlham Əliyevin təşəbbüsü ilə salınmış Hərbi Qənimətlər Parkının açılışıdır.

Bu, sadəcə, adi, sıradan bir Park, bir açılış deyil və əsla belə sayıla bilməz.

Bu, tarixi və möhtəşəm 44 günlük Qələbəmizdən, Zəfərimizdən sonra düşmənə və onun havadarlarına verilən növbəti Dərs, növbəti Cavab, onlara vurulan növbəti sarsıdıcı və öldürücü siyasi-mənəvi-hərbi Zərbədir.

Elə bir Dərs, elə bir Cavab, elə bir Zərbədir ki, ağrısı, acısı, yeri hələ çox incidəcək, göyüm-göyüm göynədəcək, hələ uzun müddət özlərinə gələ bilməyəcəklər.

Bəli, bu İlham Əliyev Dərsi, İlham Əliyev Cavabı, İlham Əliyev Zərbəsi, İlham Əliyev “Dəmir Yumruğ”udur!

Bunu ancaq Qalib xalqın, Qalib dövlətin, Uca millətin Tarix yazan və yazdıran Qalib Lideri-İlham Əliyev edə bilər, edir və hələ çox edəcək!

Bəli, 44 günlük müharibədən, tarixi Zəfərdən, 10 dekabr Zəfər Paradından sonra düşmənə-Ermənistana, onun qanlı havadarlarına Hərbi Qənimətlər Parkının açılışı ilə növbəti məğlubuyyət acısı yaşadıldı.

Bir daha nümayiş etdirildi ki, Azərbaycan Azərbaycandır, öz gücü, öz qüdrəti ilə özünü təsdiqləmiş, öz imzasını qoymuş, öz möhürünü vurmuş Qalib məmləkətdir!

Artıq onunla zor, təhdid, diktə dili keçmir, o özü diktə edir, o özü oyun qaydalarını müəyyənləşdirir, o özü istiqamət verir.

Onun iradəsi, qətiyyəti, gücü qarşısında artıq heç nə dayana, onun növbəti Qələbələrə, Zəfərlərə gedən yolunu heç kimi kəsə, bağlaya bilməz!

Qələbələr, Zəfərlər onundur və onun da olacaq!

Ali Baş Komandanın açılış mərasimdə də dediyi kimi, bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyası bizim qələbəmizlə fəxr edir.

Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır. Bəli, başqa yolları, çarələri yoxdur.

Əks təqdirdə, “Dəmir Yumruq” yenə “Domokl qılıncı” kimi, başlarının üzərindədir və hər an yenidən işə düşə, sarsıdıcı zərbəsini endirə bilər.

Bəli, dümənə gözdağı olan Hərbi Qənimətlər Parkında nümayiş etdirilən texnika məhv edilmiş və qənimət götürülmüş düşmən texnikasının kiçik bir hissəsini təşkil edir. Və qeyd edək ki, İkinci Vətən Müharibəsi zamanı 125 artilleriya topu, 366 tank, 7 “S-300” zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomaşını və digər texnikalar məhv edilmişdir və qənimət kimi götürülmüşdür.

Bəli, Ali Baş Komandanımızın açılış mərasimində bəyan etdiyi kimi, Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizə şahid olacaqdır.

Görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı.

Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bu maneələri dəf edərək düşməni məğlub etdilər.

“…İndi azad edilmiş torpaqlara ezam olunan insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görürlər. Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik. Sadəcə olaraq, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək”-deyə, bəyan edən edən Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi, bu gün Ermənistanda baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər ki, “Dəmir Yumruq” yerindədir və lazım olarsa, başlrını elə əzərik ki,hər şeyə əbədi olaraq, son qoyular və son da qoyulacaq.

Artıq kimsə bizim səbrimizi dənəməsin, artıq kimsə bizim hislərimizlə oynamasın!

Mümkün deyil, mümkün olmayıb və mümkün də olmayacaq!

Ölkə Prezidentinin cəmi bir gün sonra-ADA Universitetində təşkil edilmiş beynəlxalq konfransda sərgilədiyi növbəti və qətiyyətli mövqe, xüsusilə, “İsgəndər-M”-lə bağlı sərt tutumu elə bilirəm ki, artıq nəticə çıxarmaq, dərs, ibrət götürmək üçün çoxlarına verilən son şans, son xəbərdarlıq, Qalib, Müzəffər Azərbaycanın dik duruşudur.

Bəli, Azərbaycan xalqı bir çox sualların cavabını gözləyir və hər birinə də cavabını alacaq-gec və ya tez!

Jalə ƏLİYEVA,

Millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini

Etikxeber.az

Read Previous

Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək-SƏRƏNCAM

Read Next

“Vəziyyətimi, səhhətimi, yaşadığım acıları nəzərə alsınlar və…”- QAŞALTI-QARAQOYUNLU TERRAKTINDA AİLƏSİNİN 5 ÜZVÜNÜ İTİRMİŞ NADİR QURBANOV ÖLKƏ RƏHBƏRLİYİNƏ, MN-Ə MÜRACİƏ ETDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir