“Hərbi qulluqçuların maaşlarına müddətli əlavələr edilib və onların problemlərinin həlli bundan sonra da dövlətimizin diqqətində olacaq”-SPİKER

Bu yaxınlarda hərbi qulluqçuların maaşlarına müddətli əlavələr edilib. Bu qərar zaman tələb edən bir prosesin nəticəsində qəbul olunub.

Etikxeber.az-ın xəbərinə görə, bunu spiker Sahibə Qafarova parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

“Ölkəmizdə ordu quruculuğu ölkə rəhbrəliyinin daim diqqət mərkəzindədir. Şanlı Ordumuzun nailliyyətləri Milli Məclisin iclasında da yüksək qiymətləndirilib”-deyən spiker vurğulayıb ki, erməni faşizmi üzərində qələbənin silahlı qüvvələrimizin texnoloji təminatı hesabına deyil, əsgər və zabitlərimizin mərdlik və şücaəti, fədakarlığı sayəsində əldə edildiyini unutmaq olmaz:

“Möhtərəm Prezidentimizin dediyi kimi, “bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. …bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Spikerin eyni zamanda sözlərinə görə, hərbi qulluqçuların təminatının yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən social siyasətin əsas istiqamətlərindən biridir:

“Bu yaxınlarda hərbi qulluqçuların maaşlarına müddətli əlavələr edilib. Bu qərar zaman tələb edən bir prosesin nəticəsində qəbul olunub. Onların problemlərinin həlli bundan sonra da dövlətimizin diqqətində olacaq”.

Kamil HƏMZƏOĞLU (HƏMDOV)

Etikxeber.az

Read Previous

Azərbaycanda Yel çərşənbəsi qeyd olunur-BU GÜN

Read Next

“Qiymət artımı, bahalaşma insanların maddi durumuna çox ciddi təsir edir və narazılıq yaradır…”-ƏLİ MƏSİMLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir