Hərdən məni əsəbləşdirsə də…o, Qardaşdır, o, Can Dostudur!-KAMİL HƏMZƏOĞLU YAZDI

Ərkyana şəkildə hərdən məni əsəbləşdirsə də, hirsləndirsə də, özümdən çıxarsa da (şaqqanaq çəkərək deyir ki, sən özündən çıxanda mənə ləzzət edir…), o, Qardaşdır, o, Can Dostudur, o, Sirdaşdır, o, Ürəkdir…

Azər Qardaşımı, Odlar yurdunun övladı, “Odlar qrupu”nun üzvü, Lənkəranlı (həm də Cəlilabadlı) balası, Əsgər atası, nəvə sahibi…Azər Hüseynovu deyirəm…

Azər Qardaşımla 3 ilə yaxındır tanışam…

Şəhid Qazi məclislərindən, tədbirlərindən başlayıb tanışlığımız…

İlk vaxtlar, sadəcə, kənardan-kənara, adi salam-əleykümüz olardı, vardı, amma sonradan münasibətlərimiz yavaş-yavaş yaxınlaşdı, istiləşdi, doğmalaşdı, Dostluğa, Qardaşlığa çevrildi…

Bu üç il ərzində onunla çox, bəlkə də on dəfələrlə, yüz dəfələrlə yol yoldaşı olmuşam…

Onunla birlikdə isti-qızmar, göydən od tökülən, soyuq-qarlı-boranlı-sazaqlı günlərdə… Şəhid ailələrinə, Şəhid məclislərinə, Qazi ocaqlarına getmişəm…

Hər zaman da Səmimiliyinə, Dürüstlüyünə, Mərdliyinə, Vətənsevərliyinə, Kişiliyinə şahid olmuşam…

Gözü, könlü hər zaman tox, təmənnasız olub…

Etdiyini də heç zaman dilə gətirməyib, kiminsə başına çırpmayıb…

Hətta yaxşılıq etdiyi insanlar arasında ona qarşı haqsızlıq, ədalətsizlik, naxələflik edənlər də olub, amma yenə də Ədəbini, Dik Duruşunu, Təmkinini, Səbrini itirməyib…

Ağayanalığı ilə seçilib, fərqlənib…

***

…Bu gün Onun, Qardaşımın, Can Dostumun doğum günüdür…

Bəli, bu gün məhz ONUN günüdür…

50 yaşı tamam olur, yarım əsri geridə qoyur…

Günü də, yeni yaşı da, yubileyi də mübarək olsun!

Həyatda bütün gözəl sözlərə və gözəlliklərə layiqdir…

Bütün gözəl sözlər və gözəlliklər Onun olsun!

Yüz il sağlıqlı və huzurlu ömür yaşasın gözəl ailəsi ilə birlikdə!

Öpürəm və bağrıma basıram!

Bir daha doğum günü mübarək!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi, ailənin üç oğlan övladından biri, subay-KƏRİM HƏSRƏT OĞLU YUSİFOVUN BU GÜN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, 29 YAŞI TAMAM OLUR…

Read Next

Deputatlığa namizədlərin qeydiyyatı üçün sənədlərin DSK-lara təqdim edilməsi müddəti başa çatır-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir