“Həyətdə oturub söhbətləşirdik…Birdən dedi ki, ata, Şəhid olacağam…Dedim ki, ay oğul, niyə elə deyirsən, niyə özünə Şəhidlik arzulayırsan…Dedi ki, ata, mənim yanımda elə oğullar Şəhid olub ki, onlardan sonra yaşamaq istəmirəm…”-AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ, MAXE, İKİNCİ VƏTƏN MÜHARİBƏSİ, 12-13 SENTYABR 2022-Cİ İL DÖYÜŞLƏRİNİN İŞTİRAKÇISI VƏ 19-20 SENTYABR 2023-CÜ İL ŞƏHİDLƏRİNDƏN OLAN BƏRDƏLİ MİRPAŞA MEHDİZADƏNİN ATASI YAQUB MEHDİYEV – FOTOLAR – YENİLƏNİB

Mirpaşa Yaqub oğlu Mehdizadə…

İgidimiz, Qəhrəmanımız, Vətən sevdalımız…

Üç müharibənin, üç döyüşün iştirakçısı olmuş Nur üzlü Şəhidimiz…

Bərdə rayonunun sonuncu – 19-20 sentyabr Şəhidlərindən biri…

Elə bu yerdə qeyd edim ki, Mirpaşa Mehdizadə 1999-cu ilin dekabr ayının 4-də Qayalı kəndində-ağır Seyid ailəsində, həm də çox sadə, çox kasıb, çox zəhmətkeş bir ailədə dünyaya gəlib…

Kasıb, şəraitsiz bir evdə böyüyüb, yaşayıblar…

Ailənin üç övladından, iki qardaşdan biri olub…

Orta təhsilini Qayalı kənd orta məktəbində aldıqdan bir müddət sonra Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb…

Naxçıvan Muxtar Respublikasında (NMR) yerləşən “N” saylı hərbi hissələrdən birində xidmət edib…

Və Əsgərliyini, hərbi xidmətini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

2020-2023-cü illərdə Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib…

Bir müddət öncə müqavilə müddəti başa çatsa da, yenidən Orduda fəaliyyətini davam etdirib…

Bir hərbçi, bir Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsində və ötən ilin 12-13 sentyabr döyüşlərində iştirak edib…

İkinci Vətən Müharibəsi zamanı Ağdərə-Suqovuşan istiqamətində ağır yaralanıb, kəllə-beyin travması alıb…

Saatlı rayon Mərkəzi Xəstəxanasında, Şəmkir hospitalında bir aya yaxın müalicə-müayinə alıb…

Oktyabr ayının sonlarında yenidən müharibəyə-döyüşlərə qatılıb…

Müharibədən sonra bir neçə medalla təltif olunub…

Qeyd etdiyimiz kimi, eyni zamanda, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində iştirak edib…

Və bu ilin sentyabr ayının 19-dan 20-nə keçən gecə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi ayın 21-də Qəhrəmanlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidimiz həm də subay olub…

Qardaşı 31 yaşlı Mehdi Mehdiyev də subaydır, həm də səhhətində müəyyən problemlər var…

“Qardaşım sonbeşiyimiz idi…Aramızda 8 yaş fərq vardı, onu balaca vaxtı kürəyimdə daşıdım, balam kimi böyütdüm”-deyən tək bacısı, 1991-ci il təvəllüdlü Gültəkin Mehdiyeva isə bir müddət ailəli olub, sonra həyat yoldaşından ayrılmaq, kasıb ata ocağına qayıtmaq məcburiyyətində qalıb…

9 yaşlı bir övlad anasıdır…

Onu da qeyd edim ki, bu gün Bərdəli Şəhid anaları-Şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, Şəhid Səid Ədilovun anası Əzizə Ədilova və digər şəxslərlə birlikdə Şəhidimizin ocağını, valideynlərini ziyarət etdim, yeddi mərasiminə qatıldım…

Şəhidimizin valideynləri-anası Maral xanıma, atası Yaqub kişiyə, tək bacısı Gültəkin xanıma, tək qardaşı Mehdiyə və digər yaxınlarına başsağlığı verdim, onlara Allahdan səbr və dözüm arzuladım…

Eyni zamanda, Şəhidimizin valideynləri, bacısı ilə söhbətləşdim, dərdləşdim…

Şəhidimizin atası Yaqub kişinin dediklərindən:

“Biz çox kasıb ailə olmuşuq…Övladlarımızı kasıbçılıqla böyütmüşük…Özünüz də vəziyyətimizi, şəraitimizi görürsünüz…Mirpaşa bədəncə bir az balaca, zəif olsa da, amma çox güclü, çox qeyrətli, çox Vətənpərvər bir oğul idi…Şəhidliyindən iki gün öncə evə gəlmişdi…Həyətdə oturub söhbətləşirdik…Birdən dedi ki, ata, mən Şəhid olacağam…Dedim ki, ay oğul, niyə elə deyirsən, niyə özünə Şəhidlik arzulayırsan…Dedi ki, ata, mənim yanımda elə oğullar Şəhid olub ki, onlardan sonra yaşamaq istəmirəm, onların qanlarını, qisaslarını alıb Şəhid olmaq istəyirəm…Ata, mən Şəhid olacağam (gözləri dolur)…Balam özünə Şəhidlik arzuladı və cəmi iki gündən sonra da Şəhid oldu…”

Yaralı, Dərdli Şəhid atasını dinlədikcə, onun göz yaşlarını gördükcə…için-için, sızım-sızım göynəməmək mümkün deyildi…

Çox çətin idi, çox…

Sözün bitdiyi yer idi…

Allah bir daha səbr və dözümlərini versin!

Böyük Yaradan bir daha Şəhidimizin məqamını Uca, məkanını cənnətlik etsin!

Nur içində uyusun!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bərdənin sonuncu – 19-20 sentyabr Şəhidlərindən olan-AZƏRBAYCAN ORDUSUNUN ƏSGƏRİ, CƏMİ 19 YAŞLI, SUBAY ŞAMXAL HƏMİDOV…ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 6 GÜN KEÇİR… – FOTOLAR – YENİLƏNİB

Read Next

Ailənin dörd övladından biri, iki övlad atası, 17 ilin hərçisi-APREL DÖYÜŞLƏRİ, İKİNCİ VƏTƏN MÜHARİBƏSİ, 2022-Cİ İL QANLI SENTYABR DÖYÜŞLƏRİNİN İŞTİRAKÇISI VƏ 19-20 SENTYABR 2023-CÜ İL ŞƏHİDLƏRİNDƏN BİRİ-BƏRDƏLİ ELMƏDDİN QABİL OĞLU LƏTİFOV – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir