Həyat yoldaşının xəstəliyini bilib Nuraydan imtina edən atanın RƏZALƏTİ

On yaşlı Nurayla bağlı sosial şəbəkələrdə yayılan video ölkədə böyük rezonans doğurub. Paylaşılan görüntülərdə azyaşlının məhkəmə qərarı ilə xalasından alınaraq zorla atasına verilməsi əks olunub.

Etikxeber.az xəbər verir ki, “Qafqazinfo” ailə ilə bağlı bəzi məlumatlar əldə edib. Məlum olub ki, 10 yaşlı Nuraya Mehriban adlı xalası 9 ayından bu günə kimi analıq edib. Nurayın anası Rübabə 2004-cü ildə Əvəz Bayramovla ailə həyatı qurub. Ə. Bayramov 5 saylı doğum evində anestezioloqdur. İki il sonra Nuray dünyaya gəlib, ata 9 ay sonra öyrənir ki, həyat yoldaşı xərçəng xəstəliyinə tutulub. Ata xərçəng xəstəsi olan qadını və 9 aylıq körpəsini evdən qovub. Ə. Bayramov yenidən evlənəcəyi barədə onlara məlumat verib.

Nurayın anası isə xəstəliyindən bir neçə ay sonra xəbər tutur. 2010-cu ildə isə dünyasını dəyişir. 4 yaşlı Nurayı xalası himayəsinə götürür. Uşaq Mehriban xanıma ana, onun həyat yoldaşına isə ata deyir. Bu illər ərzində Əvəz Bayramov qızı ilə maraqlanmır, aylıq ödəməli olduğu alimentdən imtina edir. Hətta, onun daha sonra aliment sənədlərini saxtalaşdırdığı iddia olunur. Ata 2011-ci ildə məhkəməyə müraciət edərək qızını geri qaytarmaq istədiyini bildirir.

Ötən il, dekabr ayının 7-də Quba rayon məhkəmə icraçıları Nurayın analığından alınaraq heç vaxt görmədiyi atasına verir…

Mehriban xanımın vəkili “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Nuray hazırda müvəqqəti olaraq xalasının yanındadır.

Etikxeber.az

 

Read Previous

“Hazırda 10 yaşlı Nuray Bayramzadəyə zor tətbiq edilməsini araşdırıram…” – DEPUTAT – VİDEO

Read Next

Fazil Məmmədov yeni təyinatlara imza atıb…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0