“Həyatda heç nə təsadüfi olmur…Əgər kimsə Şəhid olursa, Allah özü onu o məqama seçir”-deyən MİLLƏT VƏKİLİ HİKMƏT BABAOĞLU BU SÖZLƏRİ ANTİTERROR ŞƏHİDİ, AİLƏNİN TƏK OĞLU, TƏK ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN MİKAYIL HƏMİDLİNİN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜNDƏ MƏZARINI ZİYARƏT ZAMANI DİLƏ GƏTİRDİ… -FOTOLAR – YENİLƏNİB – (1)

Həm Masallılı, həm də Bakılı Antiterror Şəhidi, evin-ailənin iki övladından biri, tək oğul, bir övladı Vətənə əmanət qalan İkinci Vətən Müharibəsi iştirakçısı, peşəkar hərbçi, Kiçik leytenant, bir neçə medallı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Mikayıl Vüqar oğlu Həmidlinin Cənnətdəki ikinci doğum günündə, 26 yaşının tamamında-28 dekabr 2024-cü il tarixində, səhər saatlarında Əbədiyyətə uğurlandığı İkinci Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şəhidin 25 illik qısa, lakin şərəfli həyat və döyüş yolundan danışılıb.

Millət vəkili Hikmət Babaoğlu bildirib ki, həyatda heç nə təsadüfi olmur.

H. Babaoğlu “Əgər kimsə Şəhid olursa, deməli, Allah özü onu o məqama seçir”-deyə, qeyd edib və içində də Mikayıl Həmidli olmaqla, cəmi Şəgidlərimizlə fəxr edildiyini, qürur duyulduğunu dilə gətirib.

Çıxışlar zamanı Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki ikinci doğum günü təbrik olunub.

Şəhidin anası Lalə xanım da öz növbəsində hər kəsə, ziyarət iştirakçılarına ailəsi adından minnətdarlığını ifadə edib.

Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını ziyarətdən sonra İkinci Şəhidlər Xiyabanında yerləşən Mərasim evində Cənnətdəki ikinci doğum günü ilə bağlı məclis düzənlənib, adına çay-ehsan süfrəsi açılıb.

Bir daha Şəhidin ruhuna dualar olunub.

Sonda xatirə fotoları çəkdirilib.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki ikinci doğum günü ilə bağlı məclisdə ailə üzvləri, Bakı və müxtəlif bölgələrdən olan Şəhid ailələri, Qazilər, ziyalılar, din adamları, millət vəkili Hikmət Babaoğlu, sabiq deputat Elçin Quliyev, İcra başçısı Elgin Həbibullayev başda olmaqla, Nərimanov rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

2025-ci il “Konstitusiya və Suverenlik İli”-ELAN EDİLDİ

Read Next

İlham Əliyevdən 2025-ci il – “Konstitusiya və Suverenlik İli” ilə bağlı-PAYLAŞIM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir