Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ali məktəblərə qəbul olunaraq tələbə adını qazananları və onların yaxınlarını təbrik edir və gözaydınlığı verirəm.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.
“Həyatımıza ağıllı, elmli və vətənpərvər yeni bir nəsil gəlir.
Onların ölkəmizə dəyərli vətəndaşlar olacağına inanıram”-deyə, millət vəkili sözlərinə əlavə edib.


Digər millət vəkili Kamilə Əliyeva da həmkarı kimi, ali məktəblərə qəbul olunanları, övladları tələbə adını qazanan valideynləri ürəkdən təbrik etdiyini, onlara uğurlar, növbəti nailiyyətlər, sevincli anlar arzuladığını bildirib.
Qeyd edib ki, bu, həm tələbə adını qazananlar, həm də övladları ali məktəblərə daxil olan valideynlər üçün çox gözəl və sözlə ifadəsi mümkün olmayan hisslərdir:
“Biz də, valideynlərimiz də zamanında bu hissləri yaşamışıq, yaşayıblar…İndi də o anlar, o günlər yadımıza düşəndə, gözümüzün önünə gələndə, o zamankı hissləri eynilə və təkrarən yaşayıyırq…Çox gözəl, sözlə ifadəsi mümkün olmayan hisslərdir…Belə hissləri hər kəsə, tələbə adını qazanmaq istəyənlərə və onların bu arzuda olan valideynlərinə yaşamağı arzu edirəm…
Bir daha hər bir kəsi təbrik edir, elm, təhsil adamı kimi, gözaydınlığı verir və onlara uğurlar, Azərbaycanın gələcəyi və inkişafı naminə nailiyyətlər arzulayıram…Bizim gələcəyimiz sizlərsiniz, gələcəyimiz, tərəqqimiz sizlərin əlindədir”.
Etikxeber.az





