“Hədəf Nəşrləri”nin müəllif tenderində siyahı-MƏLUM OLDU…

“Hədəf Nəşrləri”nin “Bilgənin macəraları” uşaq seriyası kitabları üçün elan edilən müəllif tenderi iştirakçılarının qısa siyahısı məlum olub.

Etikxeber.az əbər verir ki, 51 müəllifin qatıldığı tenderdə iştirkaçıların mətnləri obyektivliyin qorunmasının təmini üçün kodlaşdırılaraq münsiflər heyətinə təqdim edilib. 5 münsif tərəfindən qiymətləndirilən mətnlər arasından 7-si qısa siyahıya salınıb:

– Aynur Qarayeva;

– Cəmilə Məmmədli;

– Əziz Yaqubzadə;

– Fərəh İsmayılzadə;

– Pünhan Şükür;

– Seymur Oruc;

– Şəbnəm Xeyrulla.

Növbəti mərhələdə qısa siyahıya düşənlər arasından qalib müəllif seçiləcək.

Qeyd edək ki, ilk layihə – 10 kitabdan ibarət silsilə “Bilgənin macəraları” adlanacaq.

Xatırladaq ki, tender qalibinə 10 hekayə müqabilində 2500 manat qonorar ödəniləcək.

Etikxeber.az

Read Previous

Milli Ordu Günündə anadan olan peşəkar hərbçi, mayor, 3 övlad atası, 3 medallı Şəhidimiz-İLKİN QƏLƏMŞAH OĞLU ƏHƏDZADƏ… – FOTOLAR

Read Next

Ariyançı İran Pəhləviləri dövrü və Güney Azərbaycan Milli Hərəkatı-FAİQ ƏLƏKBƏRLİ YAZIR – (İKİNCİ YAZI)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir