Hələ də yataqxanada yaşayan Məğrur və Qürurlu-ŞƏHİD AİLƏSİ…

Şəhidim…

Nur üzlüm…

44 günlük tarixi İkinci Vətən Müharibəsinin Dastan yazan İgidlərindən, Qəhrəmanlarından biri…

Əsl Vətən sevdalısı…

Şəhid polkovnik-leytenant Sadiq Məmmədov

Qaxlı balası…

1981-ci ilin 23 iyun təvəllüdlü…

3 azyaşlı övlad atası…

Sadə bir ailədə dünyaya gələn Sadiq Məmmədov 198-2002-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb…

Hərbi təhsilini bitirdikdən sonra leytenant rütbəsi ilə Salyan rayonuna təyinat üzrə xidmətə başlayıb…

2018-ci ildən Qusar rayon N saylı hərbi hissədə xidmətini davam etdirib….

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Sadiq Məmmədov 2020-ci ilin sentyabrın 27-də başlanan İkinci Vətən Müharibəsinin ilk saniyəsindən, ilk saatlarından döyüşlərdə iştirak edib…

Ən ağır döyüş bölgələrində olub, qəhrəmanlıqlar, şücaətlər göstərib, ölümlərdən dönüb, düşmənə qad uddurub…

İgidimiz ağır döyüşlərdən birində, oktyabrın 26-da Qubadlı-Laçın rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub, Şəhidlik məqamına ucalıb…

İki gün sonra, oktyabrın 28-də isə Qax rayon Şəhidlər Xiyabanında dəfn olunub, torpağa tapışırılıb…

Şəhidimiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Ali Baş Komandan İlham Əliyev tərəfindən “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub…

Qeyd etdiyimiz kimi, Şəhidimizin 3 övladı Vətənə əmanət qalıb…

Amma çox təəssüflər olsun ki, Şəhidimizin 3 azyaşlı övladı, həyat yoldaşı, yaşlı ana və atası, Məğrur və Qürurlu Şəhid ailəsi hələ də Qaxdakı şəraitsiz bir yataqxanada yaşayır…

Bu, çox utancverici və qəbuledilməzdir…

Şəhidə, Şəhid ailəsinə belə münasibət olmaz və olmamalıdır…

Bu biabırçılıq tezliklə aradan qaldırılmalı, Şəhidə, Şəhid ailəsinə Haqq etdiyi münasibət göstərilməlidir…

İnanmaq istərdik ki, belə də olacaq!

Allah Şəhidimizə rəhmət etsin, məkanı çənnəlik olsun, müqəddəs ruhu qarşısında baş əyirəm!

12 fevral, 23:08

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

5 medallı Şəhid və Şəhid anası…İki foto….Xoşbəxt, bəxtəvər ana və dərddən, kədərdən yumağa dönən ana…Və ya heç nə təsadüf deyilmiş…-KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

Bakı, Sumqayıt və Abşeronda yuxarı sinif şagirdləri üçün ənənəvi dərslər, bağçalar və ali məktəblərin fəaliyyəti-BƏRPA OLUNDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir