“Həm gözlə görünən, həm də gözlə görünməyən düşmənə, virusa qarşı mübarizə aparırıq…”-TAHİR RZAYEV YENİDƏN ÖLKƏ VƏTƏNDAŞLARINA SƏSLƏNDİ, ONLARI KARANTİN QAYDALARINA ƏMƏL ETMƏYƏ ÇAĞIRDI

Azərbaycan xalqı, Azərbaycan dövləti hazırda iki amansız, yağı düşmənlə üz-üzədir, iki düşmənlə mübarizə aparır, döyüşür. Biri 32 ildir ki, bizi qanlı münaqişəyə cəlb edən, torpaqlarımızı işğal, qəsb edən, insanlarımızı qaçqın-köçkün vəziyyətinə salan, qətliamlar törədən, soyqırımlar həyata keçirən nasist, faşist Ermənistan, mənfur ermənilər, digər isə gözəgörünməz, gizli düşmən adlandırlan koronavirus. Bu gün dövlətimiz, xalqımız, səhiyyə işçilərimiz, müzəffər Ordumuz Ali Baş Komandanın, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında hər iki düşmənə-gözlə görünənə və gözlə görünməyənə qarşı ciddi mübarizə aparmaqda, xüsusilə, hərb meydanında, torpaqlarımızın işğaldan qurtulmasında, yağı düşmən tapdağından azad edilməsində böyük zəfərlər yazmaqda, düşmənə və onun havadarlarına sözün əsl mənasında dərs verməkdədir.

Hər gün cəbhədə əldə edilən qələbələr, zəfərlər, o cümlədən, bu gün daha 6 kəndimizin, Füzilinin, Cəbrayılın, Xocavəndin kəndlərinin işğaldan azad olunması deyilənlərin əyani sübutudur. Bu, amma hələ son deyil. Torpaqlarımız son qarışına kimi azad edilənədək Vətən müharibəsi, Haqq savaşı, Zəfər yürüşü davam etdiriləcək və düşmən üzərində qəti, birdəfəlik qazanılacaq. Ali Baş Komandanımızın dediyi kimi, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycanın olacaq!

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Qeyd edib ki, eyni zamanda, bu ilin fevral ayından ölkəmizə “ayaq açan” gizli düşmənə-koronavirusa qarşı mübarizədə də böyük irəliləyişlər əldə olunub.

“Əksər ölkələrlə, xüsusilə, Avropanın, Qərbin aparıcı ölkələri ilə müqayisədə bizdə yoluxmalar, itkilər, zərərlər qat-qat az olub. Bunlar da təbii ki, ölkə Prezidenti cənab İlham Əliyevin vaxtında, zamanında atdığı müdrik addımlar, həyata keçirdiyi titanik işlər nəticəsində baş verib. Ümumiyyətlə, ölkə Prezidenti və onun ən yaxın silahdaşı-Birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyeva koronavirusa qarşı mübarizədə hər bir kəsə örnək olublar, örnəkdirlər. Onlar hər bir yerə gedəndə, açılışlarda iştirak edəndə, qapalı məkanlarda olanda daim tibbi maskalardan istifadə etməklə, sosial məsafəni gözləməklə və insanları karantin qaydalarına istisnasız əməl etməyə çağırmaqla, hər kəsə əsl nümunədirlər.

Bəli, aparılan işlər, tibb, səhiyyə işçilərinin qəhrəmanlığı, fədakarlığı nəticəsində də koronavirusla mübarizədə son iki ayda, avqust-sentyabr aylarında böyük dönüşə nail olunub, müsbət dinamika əldə edilib. Ancaq çox təəssüflər ki, may ayında olduğu kimi, sentyabr ayında da növbəti yumşaldılma tədbirlərindən sonra vətəndaşlarımızda yenidən arxayınlaşma, bir çoxlarında, xüsusilə, rayon, kənd yerlərində, məsuliyyətsizlik yaranmağa başlayıb. Yenə tibbi maskalardan istifadə olunmur, yenə də sosial məsafə gözlənilmir, yenə də lazım oldu-olmadı insanlar kütləvi şəkildə bir yerə toplaşırlar. Bu isə əldə edilmiş müsbət dinamikanı yenidən əməlli-başlı təhlükə qarşısında qoyub.

Son bir həftədə yaşananlar bunun acı əyani sübutudur və çox narahatedici, çox qorxulu tendensiyadır. Əgər cəmi bir həftə-10 gün əvvəl yoluxma sayı 100-dən aşağıya düşmüşdüsə, son günlərdə bu rəqəm yenidən 400-500-ə yüksəlib, iyun, iyul aylarındakı vəziyyətə qayıdılıb. Bugünkü məlumata görə, yoluxma sayı 530-a yüksəlib. Bu, çox qorxulu və təhlükəli bir haldır. Buna imkan vermək olmaz. Bu gün həkimlərimizin, tibb işçilərimizin bir çoxu ön cəbhədə, əsgərlərimizin yanındadır. Gəlin ən azı Ordumuzu, əsgərlərimizi, Vətən uğrunda döyüşlənlərimizi düşünək. Əgər Allah uzaq etsin, artım davam edərsə, həkimlərimiz, tibb işçilərimiz yenidən ön cəbhədən arxa cəbhəyə gəlməli ola bilərlər və olacaqlar. Bunumu istəyirik? Bunumu arzulayırıq? Olmaz, qəti şəkildə olmaz!

Ona görə bir daha vətəndaşlarımıza çağırış edərək, bildirmək istəyirəm ki, tibbi maskalardan, əlcəklərdən istifadə etsinlər, sosial məsafəni gözləsinlər, karantin qaydalarına birmənalı riayət etsinlər. Dövlətə, səhiyyə sisteminə əlavə yük, problem yaratmasınlar. Bütün cəbhələrdə qələbələrimiz həm də hər birimizin vənətdaş məsuliyyətindən keçir. Odur ki, son dərəcədə məsulliyətli olmaq lazımdır, məsuliyyətli olmalıyıq. İnanıram ki, belə də olacaq, biz birlikdə hər iki düşmənə öz həmrəyliyimizlə, öz məsuliyyətimizlə, öz əzmimizlə, öz iradəmizlə qalib gələcəyik”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib…”-İLHAM ƏLİYEV

Read Next

DTX-dan erməni terroru barədə-XƏBƏRDARLIQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir