“Həm səhhətim yerində deyil, həm də maddi durumum çox çətindir…İşləmək imkanım yoxdur…Bu vəziyyətdə necə işləyim?!”-UCARLI QAZİ SAHİB ŞƏKƏRƏLİYEV HAQQININ TANINMASINI İSTƏYİR – FOTOLAR

Sahib Şəkərəliyev Ucarın İkinci Vətən Müharibəsi iştirakçılarından, Vətən sevdalılarımızdandır…

İkinci Qarabağ Savaşında İgidlik, Qəhrəmanlıq göstərən, Dastan yazan Oğullarımızdandır…

Sahib Ucarın Qazıqumlaq kəndindədir…

1995-ci ilin mart ayının 12-də sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib…

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və Əsgərliyini başa vurduqdan sonra yenidən evinə, ailəsinə dönüb…

Müxtəlif sahələrdə çalışıb, əlinin zəhməti ilə çörək qazanıb…

Ailə qurub, bir oğlu, bir qızı dünyaya gəlib…

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub…

Tərtər-Ağdərə istiqamətində ağır və qanlı döyüşlərdə iştirak edib…

Və döyüşlərin dördüncü günündə, sentyabrın 30-da sol qolu və sol ayağından ağır yaralanıb…

BərdəGəncədə ilkin tibbi müalicə aldıqdan sonra düz 8 ay evində müalicə-müayinə keçib…

Bu ilin yay aylarında Buzovnada yerləşən Reabilitasiya Mərkəzində olarkən həkim səhlənkarlığı və məsuliyyətsizliyi üzündən yaralı ayağında yenidən ciddi problemlər, fəsadlar yaranıb və Müdafiə Nazirliyinin Bakı şəhərindəki hərbi hospitalında əməliyyat olunub…

Əməliyyatdan sonra əlillik dərəcəsi ilə bağlı Əmək və Əhalinin Sosial Müfaiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etsə də, oradan müsbət cavab ala bilməyib, imtina cavabı gəlib…

Səbəb kimi də müalicəsinin başa çatmaması göstərilib…

Odur ki, Sahib yenidən adıçəkilən quruma müraciət edib və oradan müsbət cavabın gələcəyini, ona ən azı 3-cü qrup əlillik dərəcəsi veriləcəyini ümidlə gözləyir…

Sahib həm də iki medalla “Cəsur döyüşçü”“Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

***

Sahiblə bugünlərdə Qazıqumlağın yeganə İkinci Vətən Müharibəsi Şəhidi Namiq Qarayevin Anım Günündə tanış oldum…

Çox sakit, çox sadə, çox mədəni, ən əsası Vətən sevdalısı bir Azərbaycan gəncidir…

Ayaq üstə güclə dayanırdı, qoltuqlarla gəzməyə məcburdur…

Sahiblə bir xeyli söhbətləşdim, keçdiyi həyat və döyüş yolu ilə bir daha tanış oldum…

Qeyd etdiyim kimi, Sahib çox tezliklə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən müsbət cavab alacağını, Haqqının tanınacağını ümidlə və səbrsizliklə gözləyir…

“Həm səhhətim yerində deyil, həm də maddi durumum çox çətindir…İşləmək imkanım yoxdur…Bu vəziyyətdə necə işləyim?! Həm də iki körpə atasıyam, onları böyütmək, dolandırmaq lazımdır…Mənim vəziyyətimi təsəvvür edirsinizmi?… Mənim üçün çox çətindir…Ona görə əlillik dərəcəsinin verilməsini, Haqqımın tanınmasını istəyirəm…İstəyirəm ki, bu məsələdə mənə köməklik göstərəsiniz…Artıq çox yorulmuşam”-deyə, Sahib bildirir…

Bəli, artıq Sahibin Haqqı tanınmalı və ona əlillik dərəcəsi müəyyən olunmalıdır…

Söz və konkret qərar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinindir…

Ümid edirik və inanmaq istəyirik ki, belə də olacaq, Qazimizin, Vətən sevdalımızın Haqqı gec də olsa, tanınacaq, ədalət yerini tapacaq!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bir nəfəs qədər yaxın olanlar…-TELLİ PƏNAHQIZI

Read Next

“Vətən müharibəsində qələbəmizin memarı Ali Baş Komandan İlham Əliyevdir”-FATMA YILDIRIM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir