Həm Xəzərdə, həm uzaq Amerikada- ZƏLZƏLƏ

Xəzər dənizində zəlzələ olub.

Bu barədə Etikxeber.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

İlkin məlumatlara əsasən, iyulun 6-da saat 03:05-də Astara stansiyasından 25 kilometr cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Maqnitudası 3.2, dərinliyi 16 kilometr olan zəlzələ hiss olunmayıb.

Onu da qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatının cənubunda da 6,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi məlumat yayıb.

zalzala

Zəlzələnin episentri Los-Anceles şəhərindən 193 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Xatırladaq ki, cümə axşamı ABŞ-ın Kaliforniya ştatında Los-Ancelesdən 195 kilometr şimalda yerləşən Rickrest şəhərinin yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 9 kilometr dərinlikdə olub.

Etikxeber.az

 

Read Previous

“Buna idmançılarımızın və Azərbaycan idmanının hər şür potensialı var” – DEPUTAT

Read Next

HƏR AN SİZİNLƏYİK – Akademik yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir