“Həmin dövr parlamentinin qızıl dövrü idi…” – BAHAR MURADOVA – YENİLƏNİB – (1)

Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq.

Etikxeber.az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisdə (MM) Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) üzvlərii ilə görüşdə “Azərbaycanda parlamentarizm tarixi: dünəni və bu günü”  mövzusunda çıxış edən vitse-spiker Bahar Muradova  bildirib.

“Azərbaycan cəmiyyəti, hər bir kəs müstəqil Azərbaycan dövləti qurmaq üçün canlarından bnlə keçməyə hazır olmuş insanları, Cümhuriyyət qurucuarını ehtiramla yad etməliyik”-deyən B. Muradova çıxışında qeyd edib ki, Cümhuriyyət qrucuları mühacirətdə olduqları dövrdə də Azərbaycanın bir zaman müstəqillik qazanacağına inamlrını itirməyiblər:

“Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq. Azərbaycan parlament mədəniyyəti, ənənələri kənardan gətirilməyib”.

B.Muradova sonra bildirib ki, parlament üsul-idarəsi kifayət qədər demokratik idarəetmə formasıdır:

“Xalq Cümhuriyyətinin qurucuları Zaqafqaziya Seymi dağılandan sonra Milli Şuranı formalaşdırıb”.

B. Muradovanın dediyinə görə, Ermənistan daim Azərbaycan ərazilərini ələ keçirməyə çalışıb:

“Ermənistan həm Cümhuriyyət dövründə, həm də sonralar Azərbaycan ərazilərinə iddia ilə çıxış ediblər.

Milli Şuranın İrəvanı (indiki Yerevan şəhəri-K.H.) Ermənistana paytaxt kimi verilməsi barədə qərarının ağrı-acılarını bu gün də hiss edirik.

Ancaq buna baxmayaraq, Milli Şura tariximizdə böyük, müsbət rol oynayıb.

BAHAR-1

Milli Şuranın əsas xidməti İstiqlal Bəyannaməsini, müdafiə qabiliyyətini möhkəmləndirmək, Bakıni işğaldan azad etmək olub.

Bakı ermənilərin işğalından qurtularaq Azərbaycanın paytaxtına çevrilib”.

Vitse-spiker daha sonra nəzərə çatdırıb ki, Milli Şura Zaqafqaziya Seymi əsasında təşkil edilmişdi:

“Parlament seçkilərini keçirmək mümkün olmasa da, Milli Şuranın tərkibi genişləndirildi, nəticədə 1918-ci ilin dekabrın 7-də parlament ilk işinə başladı.

Parlament Azərbaycan dövlətçiliyi üçün mühüm qərarlar qəbul etdi. Bir neçə dəfə hökumət formalaşdırılmasna baxmayaraq,  parlament bir çox mühüm qərarlar qəbul edildi.

Həmin dövr Azərbaycan parlamentinin qızıl dövrü idi ”.

B. Muradova qeyd edib ki, Birinci Dünya Müharibəsinin nəticələri, Osmanlı imperiyasının məğlubiyyəti Xalq Cümhuriyyətinin süqutuna yol açdı:

“Sovetlər dövründə Cümhuriyyət atributlarının ləğvi barədə qərarlar qəbul edildi. Cümhuriyyət qurucularının bir qismi repressiya qurbanı oldu, bir qismi mühacirətə getdi”.

***

Azərbaycan dünya ölkələri içərisində sayılıb-seçilən ölkədir.

Bunu da görüş zamanı B. Muradova bildirib.

“Biz obyektiv olmalı, əcdadlarımızın qurduqları dövlətlərə həmin dövrün şərtlərinə uyğun qiymət verməliyik”-deyən B. Muradova bildirib ki, Heydər Əlyiev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçiləndən sonra ölkədə bir çox uğurlara imza atılıb:

“Sovetlər dövründə Azərbaycanda Heydər Əliyev hakimyiyətə gəlməmişdən əvvəl və hakimiyyətə gəldikdən sonrakı dövr fərqləndirilir. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra  çox mühüm addımlar atıldı. Məhz həmin dövrdə qoyulan büövrə müasir Azərbaycan dövlətini qurmağa böyük imkanlar yaratdı.

Sonra, 1991-ci ildə Azərbaycan Ali Sovetin əsasında Milli Şura yaradıldı. Həmin dövrdə Azərbaycan müstəqilliyinə təhlükə vardı, torpaqlarımız işğal edilirdi. Həmin övrdə Milli Şura yeganə müdrik qərar qəbul etdi, Naxçıvanda Azərbaycanın müstəqilliyinin kiçik modelini qurmuş Heydər Əliyev Bakıya çağırıldı. 1995-ci ildə Azərbaycanda ilk parlament seçkiləri keçirildi”.

Vitse-spiker nəzərə çatdırıb ki, gələn il növbəti parlament seçkiləri keçiriləcək:

“Biz mojaritar qaydada parlament seçkiləri keçiririk”.

Muradova sonra qeyd edib ki, bütün dövrlərdə Azərbaycan parlamentinin xarici əlaqələri mühüm əhəmiyyət kəsb edib:

“Biz beynəlxalq qurplar vasitəsi ilə beynəlxalq əlaqələrin qurulmasında iştirak edirik, çocxlu sayda dostluq qrupları var. Biz keçdiyimiz yola baxarkən qürur hissi keçiririk. Bu gün Azərbaycan dünya ölkələri içərisində sayılıb-seçilən ölkədir, parlamentimiz dünya parlament ailəsinin üzvüdür”.

***

BAHAR

Ermənilərin dövlət qurmasına çar Rusyiası, sonra bolşevik Rsiyası tərəfindən dəstək verilib.

Bunu isə B. Muradova görüş zamanı sualları cavablandırarkən bildirib.

B.Muradova deyib ki, İrəvanın hansı şərtlər daxilində Milli Şura tərəfindən Ermənistana verilməsi məlumdur:

“Qərarda İrəvanın Ermənisatna paytaxt kimi verilməsi müqaibilində Ermənistanın Azərbaycaa qarşı ərazi iddialar çıxış etməyəcəyi,  oradakı azərbaycanlıların yaşayışına müdaxilə olunmayağı bərdə şərtlər əksini tapmışdı… ”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Siyasi rəhbərlikdə qarşıdurma var…” – SİYAVUŞ NOVRUZOV

Read Next

Xəzərin hüquqi statusu müəyyənləşsə də, məsələ tam həllini tapmayıb – VİTSE-SPİKER – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir