“Pavliaşvili üzr istəsə, Azərbaycana gələ bilər” – Bayram Səfərov – YENİLƏNİB

“ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfəri hamanı “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ilə görüş keçirmələri istisna deyil “.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, bunu “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov deyib.
Səfərin dəqiq tarixinin məlum olmadığını qeyd edən B. Səfərov bildirib ki, bölgəyə səfər zamanı adətən proqrama “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ilə görüş daxil edilir.
B. Səfərov Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün isə yaxın vaxtlarda gözlənilmədiyini açıqlayıb: “Çünki Ermənistandakı hazırkı əli qana batmış cinayətkar rejim və erməni lobbisi Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsini istəmirlər. Bunun da səbəbi aydındır. Bilirlər ki, belə görüşlər keçirilsə, erməni icmasının ağıllı, ziyalı insanları Azərbaycanın tərkibində yaşamağa hazır olduqlarının bildirəcəklər. Çünki ermənilər iki əsrə yaxın Qarabağda azərbaycanlılarla mehriban qonşuluq şəraitində yaşayıblar. Münaqişə dövründə də məhz Ermənistan rəhbərliyinin və lobbinin bu münaqişəni alovlandırdığını bildiriblər”.

***

“Hazırda Dağlıq Qarabağa yerləşdirilən Suriya erməniləri ilk fürsətdə oradan qaçacaqlar. Artıq bir hissəsi qaçır”.

Bunu da B. Səfərov söyləyib.

B. Səfərov deyib ki, Suriyadan gələn ermənilər öz ölkələrində kifayət qədər azad şəraitdə yaşayıblar: “Bu gün erməni lobbisi Suriya ermənilərini Dağlıq Qarabağda yerləşdirməyə yönləndirir. Ermənistan hakimiyyəti də həmin erməniləri bölgəyə yerləşdirməyə çalışır. Eyni zamanda təmas xəttindəki hərbi postlar boş olduğu üçün həmin ermənilərin bir hissəsinin pasportları alınır, onlar həmin postlara göndərilir. Suriyadan gələn ermənilər uzun müddət orada qalmayacaqlar, ilk fürsətdə qaçacaqlar. Artıq qaçanlar da var. Çünki elə ağır şəraitdə, səfalətdə həmin ermənilərin orada yaşamağa razılaşacağı absurddur”. 

***

“Gələcəkdə müğənni Soso Pavliaşvili Qarabağa qanunsuz səfər etdiyi üçün üzr istəsə, Azərbaycana gələ bilər”-deyən B. Səfərov bildirib ki, S. Pavliaşvili üzr istədikdən sonra Azərbaycana səfər etsə, o halda müğənninin məcburi köçkünlərlə görüşünü şəxsən təşkil edə bilər: “Bəzən erməni lobbisinə, Ermənistanın hazırkı hakimiyyətinə aldanan bəzi tanınmış şəxslər Qarabağa qanunsuz səfərlər edirlər. Bu insanlar səhvlərini etiraf edərlərsə, onları bağışlamaq mümkündür. Mən bunu əvvəllər də demişəm. Soso Pavliaşviliyə münasibətdə də bu mövqedən çıxış edirəm”.

Etikxeber.az

Read Previous

Azərbaycanla strateji əməkdaşlığın qurulmasının vacibliyini dərk edirəm – Kitaroviç

Read Next

Gülər Əhmədova ilə “Bank Standard” arasında pul “razborkası” – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir