“Həmsədrlər tərəfsiz, ən azı neytral olmalıdır… Sülhlə olacaqsa, sülhlə, olmayacaqsa, hərblə öz Haqq savaşımızı Qələbə, Zəfər ilə sonuclandıracağıq”- MİLLƏT VƏKİLİ ÖLKƏ PREZİDENTİNİN “FRANCE 24” KANALINA MÜSAHİBƏSİ BARƏDƏ DAHA NƏLƏRİ DİLƏ GƏTİRDİ?

Onsuz da çoxdan nüfuzdan, etibardan düşmüş ATƏT-in Minsk qrupu, o cümlədən, həmsədrlər Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı mütləq şəkildə öz neytrallıqlarını, xüsusilə, tərəfsizliklərini qoruyub saxlamalıdırlar. Bu, onların missiyasından irəli gələn bir məsələdir, bu, onların birbaşa vəzifəsi, borcudur. Bu, həm də 32 ildir mənfur və murdar erməni işğalından əziyyət çəkən, Qarabağ münaqişəsinin on illərdir danışıqlar və sülh yolu ilə ədalətli, müsbət həllinə ümid edən, səbr, təmkin, dözüm nümayiş etdirən Azərbaycan xalqının və Azərbaycan dövlətinin haqlı tələbidir. Bu, tələb mütləq şəkildə nəzərə alınmalıdır. Və həmsədrlər, Minsk qrupu öz nüfuzunu bərpa, nəhayət, az da olsa, münaqişənin həllinə nəsə kömək etmək istəyirsə, o zaman konkret, real addımlar atmalı, faşist, nasit, əl-ayaqdan öpüb “atəşkəs” yalvaran, Azərbaycanın verdiyi son şans nəticəsində əldə edilən “humanitar atışkəsi” ilk andaca pozan Ermənistana basqılarını artırmalı, onu öz vandal, barbar addımlarından, işğaldan çəkindirməlidir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkilinin sözlərinə görə, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də həmsədr dövlətlərdən birinin nüfuzlu telekanllarından olan “France 24” televiziya kanalına müsahibəsində də dediyi kimi, mövqeyimiz hər zaman belə olub ki, bütün həmsədrlər neytral olmalıdır, onlar tərəf tutmamalıdırlar. Çünki bu, onların mandatına ziddir.

“Həmin müsahibədə vurğulandığı kimi, təcavüzə, işğala məruz qalan tərəf olsaq da, biz konfliktin siyasi həll yolunun tapılması səylərinə sadiqik. “Mənə məlumat verildi ki, Fransa həmsədr olaraq neytral qalacaq, çünki bu, həmsədrin mandatıdır. Bu səhər mənə məlumat verildi ki, Fransanın Xarici İşlər naziri bəyanat verib ki, Fransa Minsk qrupunun həmsədri olduğuna görə neytral olmalıdır. Biz bu mövqeyi tam dəstəkləyirik və bizim mövqeyimiz hər zaman belə olub ki, bütün həmsədrlər neytral olmalıdır…Hər bir ölkənin milli səviyyədə müttəfiqləri, dostları var, bəzi ölkələrlə daha fəal, bəzi ölkələrlə daha az fəal əlaqələri var. Bu, normaldır və heç kim buna etiraz etmir. Lakin əgər bəzi ölkələrin vasitəçilik mandatı varsa, əlbəttə, əminəm ki, hər iki tərəf – Ermənistan və Azərbaycan neytrallıq gözləyir və hazırda biz bu neytrallığı görürük. Ona görə də, düşünürəm ki, sizin indi qeyd etdiyiniz məsələ bitib, beləliklə, biz həmin səhifəni bağlamışıq”-deyə, qeyd edən ölkə Prezidenti eyni zamanda, həmsədr Fransanın Xarici İşlər naziri Jan-İv Le Drianın “Türkiyənin hərbi iştirakı mövcuddur və bu da münaqişənin beynəlmiləlləşdirilməsinə gətirib çıxara bilər” bəyanatına kəskin etirazını bildirib və vurğulayıb ki, o, bu məsələdə səhv edir.

Türkiyənin hərbi iştirakı daha bir feyk xəbərdir. Bəli, bir çox bəlli qüvvələr, dövlətlər ciddi-cəhdlə qardaş və dost Türkiyənin adını hallandırmaqla, məsələni tamamilə başqa istiqamətə çəkmək, öz məkrli ssenarilərini gerçəkləşdirmək, eyni zamanda, Azərbaycanı öz Haqq savaşından, Haqq mübarizəsindən çəkindirmək istəyirlər. Ancaq çox yanlış yoldadırlar və bu yanlışlıqları, xətaları ilk növbədə onların özünün ziyanına işləyir və işləyəcək. Ona görə də haqsız və ədalətsiz şəkildə Azərbaycana və qardaş Türkiyəyə qarşı ittihamlar səslənirməkdənsə, basqılar etməkdənsə, ya münaqişənin həllinə nəhayət, kömək göstərsinlər, ya da kənara çəkilsinlər, tərəfsizlik, neytrallıq nümayiş etdirsinlər, Ermənistanın cinayətlərinə şərik və himayədar olmasınlar.

Ölkə Prezidentinin də dediyi kimi, siyasi müstəvi istisna olmaqla, Türkiyə heç bir halda prosesdə iştirak etmir. Burada Türkiyə qoşunları yoxdur. Türkiyənin F-16-ları buradadır, lakin onlar burada birgə hərbi təlimdən sonra qalıblar. “Yeri gəlmişkən, ötən il biz hava qüvvələri də daxil olmaqla, Türkiyə ilə 10 birgə hərbi təlim keçirmişik. Bu il pandemiya səbəbindən biz cəmi 2 təlim keçirdik. Belə alındı ki, hərbi təlimdən sonra bu toqquşma baş verdi. Beləliklə, biz F-16-ları yerdə saxlamağı qərara aldıq və onlar yerdədir, havada deyil”-deyərək, Ali Baş Komandan bir daha səsləndirilən iddiaların, ittihamların boş söz yğınından başqa bir şey olmadığını, bununla bəzi dairələrin niyyətlərinin heç zaman çerçəkləşməyəcəyini üzlərinə çırpmış oldu. Nəticə çıxarmaq artıq onların problemidir. Bəli, Azərbaycan Haqq yolundadır, Haqq savaşı aparır bütün müstəvilərdə. Sülhlə olacaqsa, sülhlə, olmayacaqsa, hərblə öz Haqq savaşını Qələbə, Zəfərlə sonuclandıracaq. Qarabağ Azərbaycandır!”-deyə, millət vəkili sözlərinə əlavə edib.

09:49, 15 oktyabr

Etikxeber.az

Read Previous

“Bu, informasiya savaşında bəzi hallarda Ermənistanı müdafiə etməyə meyilli görünən, Rusiyada mövcud olan ayrı-ayrı siyasi qruplaşmalara, təşkilatlanmalara verilən mühüm əhəmiyyətli bir mesaj idi…”-HİKMƏT BABAOĞLU

Read Next

İşğaldan azad olunan sərhəd zastavalarımız üzərində dövlət bayrağımız-UCALDILDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir