HƏR AN SİZİNLƏYİK – Akademik yazdı

Qaçqınlar və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi nəcib bir aksiya başlayıb. 

İyunun 20-dən – Ümumdünya Qaçqınlar Günündən start verilmiş həmin təşəbbüsün məqsədi Ermənistanın ölkəmizə və xalqımıza qarşı apardığı təcavüz siyasətinin zərərdidəsi olan yüz minlərlə soydaşımıza Azərbaycan cəmiyyətinin ən müxtəlif təbəqələrindən olan insanların növbəti dəfə kütləvi dəstək nümayişi ideyası ətrafında birləşdirilməsidir. 

rafos

Bu, “Hər an sizinləyik” sözlərinin bir daha bəyan edilməsi deməkdir.

Bu, əlində həmin lövhəni saxlayan hər kəsin qaçqın və məcburi köçkünlərimizin müşkül düyünlərinin açılmasına öz imkanı çərçivəsində bundan sonra da dəstək olacağına, münaqişə və onun ağır fəsadlarının aradan götürülməsi işinə töhfələr verməyə çalışacağına etdiyi vəddir.

Bu, köçkünlərimizə hər bir Azərbaycan vətəndaşının dayaq durmağa qəlbən hazır olmasının ifadəsidir.

Az öncə, iyunun son həftəsində Avropa Şurası Parlament Assambleyasının yay sessiyasındakı çıxışlarımda mən qaçqın və məcburi köçkünlərimizin problemlərini bir neçə dəfə qaldırdım, çıxışlar etdim.

AŞPA-dakı Azərbaycan nümayəndə heyəti bu məsələlərlə əlaqədar ayrıca dinləmələr təşkil etdi.

Bacardığımız qədər çalışırıq, çalışacaq, mübarizələrimizi davam etdirəcəyik!

Rafael HÜSEYNOV,

Millət vəkili, akademik

Etikxeber.az

Read Previous

Həm Xəzərdə, həm uzaq Amerikada- ZƏLZƏLƏ

Read Next

Fazil Mustafa Həlimə Əliyeva və Ədilə Mütəllibovadan yazdı – BİRİNCİ VİTSE-PREZİDENTİ TƏQDİR ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir