“Hər bir kəs Şəhid ailələrinə və yaralılara təmənnasız dəstək olmalıdır-BU, VƏTƏNDAŞLIQ BORCU VƏ GÖRƏVİDİR!” – KAMİL HƏMZƏOĞLU İŞ ADAMLARINI, İMKANLI ŞƏXSLƏRİ ƏLÖVSƏT AĞALAROVUN TƏŞƏBBÜSÜNƏ QOŞULMAĞA SƏSLƏDİ

İkinci Qarabağ, İkinci Vətən Müharibəsi başa çatdı, artıq tarixə çevrildi…

44 günlük tarixi və möhtəşəm müharibə ilə 32 illik qanlı münaqişəyə son qoyuldu…

10 noyabr tarixində imzalanmış üçlü bəyanatla işğalçı və terror dövləti olan Ermənistan təslim oldu.

44 günlük Haqq savaşımız məntiqi yekun-Qələbə, Zəfər, Qalibiyyət ilə başa çatdı…

Müzəffər Ali Baş Komandanın rəşadətli və şanlı Ordusu, İgid, Qəhrəman Azərbaycan Əsgəri 44 gündə yeni Tarix, yeni Dastan, yeni, dünyanın öyrənəcəyi, mənimsəyəcəyi, əxz edəcəyi Hərb Səlnaməsi yazdı…

Həm Ali Baş Komandana, həm də Azərbaycan Əsgərinə-hər birinə minnətdar və borcluyuq!

Baş tacımız olan Şəhidlərimizin, onların əziz, müqəddəs ruhları qarşısında baş əyirik!

Bəli, 44 gündə hər bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycan Türkü öz üzərinə, öz çiyininə düşən vəzifənin, missiyanın öhdəsindən gəlməyə çalışdı, buna cəhd etdi…

Ön cəbhədə, döyüş müydanında olduğu kimi, arxa cəbhədə də əsl fədakarlıqlar, dastanlar yazıldı…

Hər kəs əlindən gələni etdi və etməyə çalışdı ki, Qələbəyə, Zəfərə öz töhfəsini verə bilsin…

Arxa cəbhənin qəhrəmanları arasında tanınmış ziyalı, söz adamı, naşir, sabiq millət vəkili Əlövsət Ağalarov da var…

Bilirəm, razılaşmayacaq, etiraz edəcək, çünki təvazökar insandır, etdiyini dilə gətirən, özünü reklam edən deyil, amma bunu-bunları qeyd etmək, tarixiləşdirmək bir qələm əhli kimi mənim borcumdur…

Müharibə başlayan günlərdə rəhbərlik etdiyi “Azərnəşr” Silahlı Qüvvələrimizə Yardım Fonduna vəsait köçürülməsi təşəbbüsü ilə çıxış etdi və Fonda bəlkə də ilk vəsait köçürənlərdən biri oldu…

Və bu təşəbbüs çoxları tərəfindən təqdir edildi, dəstəkləndi və sonradan adıçəkilən Fonda xeyli vəsait köçürüldü…

Bu yaxınlarda sosial şəbəkə hesabımda Mingəçevirdə yaşayan-iki öğlundan biri Şəhid olan-biri isə sentyabrın 30-dan itkin düşən ailənin, Nəhayət xanımın övladlarının taleyi, yaşadıqları ilə bağlı yazdım…

Və dərhal Əlövsət müəllimdən reaksiya gəldi, həmin ailəyə kömək, dəstək olmaq, ailənin körpələrindən birinin adına hesab açmaq istədiyini bildirdi…

Və xahiş etdi ki, bu haqda da sosial şəbəkədə və ya mediada geniş yazılmasın, necə deyərlər, sağ əlin verdiyini sol əl bilməsin misalı…

Öyrəndim ki, bugünlərdə artıq Nəhayət xanımın Şəhid oğlunun-Musanın övladlarından birinin adına heçab açılıb…

Hər ay Musanın övladlarından birinə təmiz şəkildə 500 manat pul ödəniləcək…Bu,özü də daimi və davamlı olacaq…

Qürurverici və fəxredici bir hadisə, addımdır…

Var olsun, var olsunlar!

Hesab edirəm ki, bu, yayılmağa layiq addım və təşəbbüsdür…

Çünki hər zaman bütün yükü, bütün çətinliyi dövlətin çiyinlərinə atmaq olmaz…

Kimliyindən, hansı vəzifəni daşımasından asılı olmayaraq, hər kəs Şəhid, yaralı ailələrinə maddi və mənəvi dəstək üçün əllərini daşın altına qoymalıdır..

Xüsusilə də, imkanlı adamlar, iş adamları, sahibkarlar və digərləri…

Heç kim yaxasını bu məsələlərdən kənara çəkə bilməz və çəkməməlidir…

Şəhid ailələrinə, yaralılarımıza dayaq, dəstək olmaq, hər birimizin borcu, vəzifəsidir…

Odur ki, hər bir kəs bu məsələdə Əlövsət müəllimin, “Azərnəşr”-in təşəbbüsünə qoşulmalı, onların addımını dəstəkləməli və özləri bu istiqamətdə addımlar atmalıdırlar…

Şəhidlərimiz üçün, İgidlərimiz üçün, sabahımız üçün, gələcəyimiz üçün, Vətən üçün!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Jalə Əliyeva “kaş mənim də oğul övladım olaydı və müharibədə iştirak edəydi”-dedi VƏ EFİRDƏ GÖZ YAŞLARINI SAXLAYA BİLMƏDİ

Read Next

Azərbaycan növbəti dəfə Fransaya nota verdi-SƏFİR XİN-Ə ÇAĞIRILDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir