“Hər birimiz öz vəzifəmizi yüksək məsuliyyətlə icra etməliyik…” – PARLAMENTİN MƏDƏNİYYƏT KOMİTƏSİNİN YENİ SƏDRİ

Martın 10-da Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri seçildim. Bu vəzifə mənim üçün böyük şərəf və məsuliyyətdir. Mənə göstərilən bu yüksək etimada görə dərin minnətdarlığımı bildirirəm! Milli Məclis rəhbərliyinə və deputat həmkarlarıma mənim namizədliyimi dəstəklədikləri üçün təşəkkür edirəm!

Etikxeber.az xəbər verir ki, bunu MM-in Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

“Milli Məclis qarşısında yeni mühüm çağırışlar var. Bu gün cənab Prezidentimiz Milli Məclisdə çox geniş, önəmli mesajlarla zəngin çıxış etdi və dəyərli tövsiyyələrini səsləndirdi. Ölkəmizin inkişafı üçün hər birimiz öz vəzifəmizi yüksək məsuliyyətlə icra etməliyik. Mədəniyyət Komitəsi sədri kimi bu etimadı doğrultmaq və müasir çağırışlara cavab vermək üçün komitə üzvləri həmkarlarım ilə birlikdə yorulmadan çalışacağıq. Mədəniyyət böyük bir sahədir və bir çox qurumlarımızla fəal şəkildə əməkdaşlıq edərək dövlətimizə və xalqımıza yüksək səviyyədə xidmət etmək üçün bütün gücümüzlə çalışacağıq. Təbrik yazan dəyərli insanlarımızın hər birinə işlərin çoxluğu səbəbindən ayrı-ayrılıqda cavab yaza bilmədim. Hər birinizə təbrikiniz, diqqətiniz üçün təşəkkür edirəm…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Son 30 ilin iki müxalifyönlü vitse-spikeri-TAMERLAN QARAYEV VƏ FƏZAİL İBRAHİMLİ…

Read Next

“Ciddi bir fərq yoxdur…” – İSA QƏMBƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir