“Hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı qarşısıalınmaz yanğınlara səbəb ola bilər”-ETSN RƏSMİSİ

Son günlər dünyada, eləcə də, ölkəmizdə temperaturun daha da yüksəlməsi, iqlim şəraitində quraqlığın müşahidə olunması təbiət ərazilərində yanğınların başvermə təhlükəsini artırır.

Etikxeber.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova mətbuata bildirib ki, hazırda ölkə ərazisində müşahidə olunan isti və quraq hava şəraiti səbəbindən təbiət əraziləri, yaşıllıqlar, o cümlədən otlaq sahələri, meşə massivləri yanğına daha həssasdır.

“Bütün bunları nəzərə alaraq, hamımız təbiət qoynunda olarkən daha da diqqətli olmalı, davranışlarımızı maksimum dərəcədə ehtiyatlılıq üzərində qurmalıyıq. Hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, qızmar yay günlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı qarşısıalınmaz yanğınlara səbəb ola bilər”-deyə, o, əlavə edib.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkə ərazisində avqustun 20-dək isti hava şəraiti müşahidə olunacaq.

Etikxeber.az

Read Previous

Elməddin Anar oğlu Məmmədli: AİLƏNİN 4 ÖVLADINDAN BİRİ, NƏŞİ 21 GÜNDƏN SONRA DƏFN EDİLƏN 3 MEDALLI ŞƏHİDİMİZ…LƏNKƏRANLI VƏ QUBALI ŞƏHİD AİLƏLƏRİ ŞƏHİDİN-ELMƏDDİNİN OCAĞINDA BİR ARAYA GƏLDİLƏR… – FOTOLAR

Read Next

Xüsusi Təyinatlı, ailənin 4 övladından biri, “Rəşadət” ordenli-ƏLİ MEHDİZADƏ: BU GÜN ŞƏHİDİN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜDÜR, 21 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir