“Hər kəsə bəllidir ki, Azərbaycan olan yerdə, Prezident İlham Əliyevin imzası olan yerdə mütləq səmimi, yüksək səviyyəli əməkdaşlıq, inkişaf, uğur, nailiyyət olacaq…”-PARLAMENTİN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirildi. İclasda dövlətimizin başçısı İlham Əliyev həm Qoşulmama Hərəkatının sədri, həm də Azərbaycan Prezidenti kimi çıxış etdi. Bu gün beynəlxalq arenada Azərbaycana, Prezident İlham Əliyevə böyük hörmət və ehtiram göstərilir. Azərbaycan Prezidenti dünya siyasət meydanında böyük nüfuza malik dövlət xadimlərindəndir.

Bunu Etikxeber.az-a açıqlamasında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bildirib.

Deputat deyib ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidentinin 120 ölkə adından çıxışı xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə qurumun fəaliyyətində müşahidə olunan canlanma beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Qoşulmama Hərəkatında sədri kimi öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quran Azərbaycanın quruma sədrliyi dövründə keçirdiyi mühüm tədbirlər, irəli sürdüyü təşəbbüslər dünya dövlətləri tərəfindən də dəstəklənir. Ölkəmizin quruma sədrliyi Azərbaycana beynəlxalq miqyasda göstərilən yüksək etimadın və inamın təsadüfi olmadığını bir daha əyani şəkildə ortaya qoymuşdur.

Azərbaycanın quruma sədrliyinin çox çətin bir dövrə təsadüf etdiyini söyləyən deputat qeyd edib ki, bəşəri bəla olan koronavirus xəstəliyi bütün dünya ölkələrinin, o cümlədən Azərbaycanın qarşısında növbəti və daha ağır şərtlər qoymuşdur:

“Belə bir çətin dönəmdə BMT-dən sonra dünyanın ikinci nəhəng qurumu olan Qoşulmama Hərəkatına sədrlik etmək daha böyük məsuliyyət, daha çevik reaksiya nümayiş etdirməyi şərtləndirmişdir. Üzvü olduğu qurumlarda sədrlik funksiyasını hər zaman layiqincə yerinə yetirən, Azərbaycan nümunəsini yaradan ölkəmiz, xüsusilə, dövlət başçımız bu missiyanın da öhdəsindən şərəflə gəlməyi bacarır. Bir neçə ay öncə videokonfrans şəklində Qoşulmama Hərəkatının fövqəladə Zirvə toplantısının keçirilməsinə nail olunması, dövlət başçımızın səsləndirdiyi önəmli fikirlər, verdiyi mesajlar, quruma üzv olan bir neçə ölkə ilə yanaşı, iki beynəlxalq təşkilata maliyyə yardımı edilməsi, eyni zamanda, 130-dan artıq ölkənin dəstəyi ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması və sair ölkəmizin, dövlətimizin başçısının əməkdaşlığa verdiyi önəmin göstəricisidir.

Çıxışında da “Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət edən və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Özünün tarixi boyunca Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırmışdır” deyən Azərbaycan Prezidenti bir daha bildirib ki, Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir.

Bu il Qoşulmama Hərəkatı üçün də əlamətdardır, çünki biz Hərəkatın təməl prinsiplərini özündə əks etdirən Bandunq Bəyannaməsinin qəbul edilməsinin 65 illiyini qeyd edirik. Qəbul edildiyi gündən Bandunq Prinsipləri onlara sadiqliyini bəyan edən dövlətləri Soyuq müharibə dönəmində istiqamətləndirmişdir. Soyuq müharibədən sonra qarşı-qarşıya dayanan iki blokun mövcud olmaması Bandunq Prinsiplərinin əhəmiyyətini və qüvvəsini heç də azaltmayıb. Əksinə, sülh və inkişafa dair mürəkkəb çağırışların fonunda onlar bu gün hər zaman olduğundan daha əhəmiyyətlidir”, – deyən dövlətimizin başçısı, eyni zamanda, birmənalı şəkildə vurğulayıb ki, hər iki ildönümü bizə BMT Nizamnaməsində və Bandunq Bəyannaməsində əks olunmuş əsas hədəflərə nail olmaq istiqamətində əldə etdiyimiz tərəqqini nəzərdən keçirməyə və bizə – BMT-yə üzv olan dövlətlərə meydana çıxmaqda davam edən çoxşaxəli çağırışlara ümumi baxışla və gücümüzü səfərbər etməklə necə cavab verəcəyimiz üzərində düşünməyə imkan yaradacaq.

Hər kəsə bəllidir ki, Azərbaycan olan yerdə, Prezident İlham Əliyevin imzası olan yerdə mütləq səmimi, yüksək səviyyəli əməkdaşlıq, inkişaf, uğur, nailiyyət olacaq. Əminəm ki, bundan sonra da Azərbaycan inkişaf dinamikasını qoruyub saxlamaqla, qlobal əməkdaşlığa mühüm töhfələr verməklə beynəlxalq mövqelərini daha da möhkəmləndirəcək. Bu yolda bizə əngəl olmaq istəyən düşmənlərimiz isə məğlubiyyətə düçar olaraq inkişaf, tərəqqi yolundan kənar qalacaqlar. Bunu, ilk növbədə, hər addımda bizə maneə olmağa çalışan işğalçı, təcavüzkar Ermənistan və onu bizlərə qarşı qaldıranlar anlamalı, dərk etməlidirlər”.

17:06

Etikxeber.az

Read Previous

Psixotrop maddələr haqqında bilmədiklərimiz … – RAQİF ALLAHVERDİNİN YENİ YAZISI

Read Next

“Bu yol hərbi yoldur və bu yolla torpaqlarımızın azğın düşməndən azad edilməsi qaçılmazdır…”-MM-İN KOMİTƏ SƏDRİNDƏN HƏM SÜLH, HƏM DƏ MÜHARİBƏ ÇAĞIRIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir