Hər kəs dərs çıxarmalıdır-MİLLƏT VƏKİLİ YAZDI

Məlahət İbrahimqızı: “Möhtərəm Prezidentimizin hər çıxışı təyin edilən yeni kadrlar üçün xalqa xidmət etməyin formuludur…”

Bildiyimiz kimi bir neçə gün öncə möhtərəm Prezidentimizin sərəncamı ilə Masallı, Lerik və Göygöl Rayonlarına İcra Hakimiyyətinin başçısı vəzifələrinə yeni isimlər təyin olundu.

Təyin olunan başçıların möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qəbulundakı görüşləri televiziya vasitəsilə ölkəmizin geniş ictimaiyyətinə çatdırıldı.

Ümumiyyətlə, İlham Əliyev dövlətidarəçiliyində yeni kadrların təyinatı ictimaiyyətə hər zaman şəffaf şəkildə çatdırılmışdır.

Qeyd etmək lazımdır ki, hər təyinatda möhtərəm Prezidentimizin tövsiyə və çıxışını yeni kadrların gələcəkdə öz vəzifələrinin fəaliyyət planını və yol xəritəsi adlandırmaq olar.

Yeri gəlmişkən qeyd edim ki, Dövlət Başçısının bu idarəçilik üslubu Azərbaycan ictimaiyyəti tərəfindən çox yüksək dəyərləndirilir. Əslində möhtərəm Prezidentimizin hər çıxışı təyin edilən yeni kadrlar üçün xalqa xidmət etməyin formuludur. Əslində möhtərəm cənab İlham Əliyev 2003-cü ildə ilk dəfə ölkəmizə Prezident seçildikdən sonra o ilk çıxışlarında xslqa müraciət edərək, özünü Xalqın Xidnətçisi adlandırmışdır. Ötən dövr ərzində də cənab Prezident öz fəaliyyəti ilə xalqa xidmət etməyin həqiqi mənada ən yüksək örnəyini sübut etmişdir.

Bu mənada möhtərəm cənab İlham Əliyevin bütün təyinatlar zamanı etdiyi çıxışlar həm dövlətidarəetməsinin, həm də xalqına xidmət etməyin nəzəri və təcrübi əsasları adlandırmaq olar. Diqqətçəkici məqamlardan biri də möhtərəm Prezidentimizin yeni təyin olunan İcra Başçılarına dövlət məmurundan və vətəndaşından tələb olunan bütün keyfiyyətləri də bir-bir sadalaması idi. O çıxışında qısa müddət ərzində İcra Başçılarının təyin olduqları rayonun və onun bütün kəndlərinin sosial-iqtisadi, coğrafi durumundan tutmuş, həmin rayonun əhali tərkibini təhlil edərək, öyrənməyin vacibliyini vurğuladı.

O, ölkəmizin sosial-iqtisadı inkişafında böyük nailiyyətlər əldə olunmasına baxmayaraq, yeni iş yerlərinin yaradılmsı üçün iş adamlarının rayona cəlb etmələrini, turizmin inkişafı üçün yeni layihələrin həyata keçirilməsini, rayonun mövcud problemlərinin təxirəsalınmadan həll edilməsini tapşırdı. Eləcə də əhalinin həssas qrupuna, xüsusilə də şəhid və qazi ailələri, veteranlarına xüsusi diqqət göstərmənin şərt olduğunu vurğuladı.

Möhtərəm Prezidentimizin “Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun..”-fikirləri ictimaiyyət tərəfindən qiymətləndirdi.

Hər dəfə olduğu kimi, bu çıxışında da rüşvətxorluğa və korrupsiyaya qarşı barışmaz olduğunu bildirdi.

Əhali ilə ədalətsiz davranmağın və süründürməçiliyin isə məmura, xüsusilə də, icra başçısına yaaraşmayan keyfiyyət olduğunu bir daha vurğuladı.

Sözsüz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu çıxışları təkcə yeni təyin edilən icra başçılarına deyil, həm də bütün məmurlara, xalq və dövlət qarşısında məsuliyyət daşıyan hər kəsə aiddir və hər kəs də bundan dərs çıxarmalıdır.

Məlahət İBRAHİMQIZI,

Millət vəkili

Etikxeber.az

Read Previous

Millət vəkili daha iki Qazini xəstəxanada-ZİYARƏT ETDİ VƏ… – FOTOLAR

Read Next

Ailənin tək, subay oğlu, ali təhsilli, diplom və məktəb Haqqı hələ də tanınmayan 23 yaşlı-CƏMİL MƏMMƏDLİNİN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ: MƏZARI ZİYARƏT OLUNDU, “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU, 23 YAŞININ TAMAM OLMASI İLƏ BAĞLI MƏCLİS DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir